Hadisələr 10 yanvar — ABŞ Konqresində lend-liz haqqında qanun qəbul olundu. 23 fevral — amerikali fizik Qlenn Siborq plutonium elementini kəşf etdi. 1 mart — Bolqarıstan Berlin paktına qoşulması. 11 mart — ABŞ-də "Lend-liz" haqqında qanunun qəbul edilməsi. 6 aprel Almaniyanın Yuqoslaviyaya müharibə elan etməsi, Almaniya qoşunlarının Yuqoslaviyaya və Yunanıstana qarşı hərbi əməliyyatlara başlaması. Yuqoslaviyanın Bolqarıstana müharibə elan etməsi. 10 aprel Yuqoslaviyanın Macarıstana müharibə elan etməsi. Zaqrebdə müstəqil Xorvatiya dövlətinin qurulduğunun elan edilməsi və İtaliya, Almaniya tərəfindən dərhal tanınması. 17 aprel — Yuqoslaviyanın danışıqsız təslim olması haqqında aktın imzalanması. 24 aprel — Bolqarıstannın Yunanıstana və Yuqoslaviyaya müharibə elan etməsi. 27 aprel — Almaniya qoşunlarının Afinaya daxil olması. 5 aprel — SSRİ ilə Yuqoslaviya arasında dostluq və hücum etməmək haqqında müqavilənin imzalanması. 22 iyun - Almaniya qoşunlarının müharibə elan etmədən SSRİ sərhədlərinə hücum etməsi. Böyük Vətən müharibəsinin başlanması. Gündüz saat 12:00-da SSRİ Xarici İşlər Komissarı V. M. Molotovun radio ilə çıxış edərək müharibənin başlandığını bildirməsi. 28 iyun — Azərbaycan SSR-də bütün işin müharibənin.tələblərinə uyğun qurulması 30 iyun — Alman qoşunları tərəfindən Lvov şəhərinin işğal edilməsi. 1 iyul — Alman qoşunları tərəfindən Riqa şəhərini ələ keçirilməsi. 8 iyul — Alman qoşunlarının bütün Latviya ərazisini işğal etməsi. 14 avqust — ABŞ və İngiltərə arasında "Atlantik xartiyası" imzalandı. 15 avqust — Qızıl Ordu Krivoy Roq şəhərini tərk etdi. 25 avqust — Sovet və ingilis qoşunlarının İrana müdaxilə etməsi. 19 sentyabr — Alman qoşunları Kiyev şəhərini işğal etdilər. 10 oktyabr — İraqda Nuri əl-Səid yeni hökumət təşkil etdi. 30 oktyabr — ABŞ Prezidenti F. D. Ruzvelt lend-liz qanununa əsasən SSRİ-yə 1 milyard dollar (2007-ci ilin qiymətlərinə əsasən 13.5 milyard dollar) həcmində hərbi yük daşınması haqqında proqramı təsdiq etdi. 19 noyabr — Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü 7 dekabr — Yaponiyanın Havay adalarında Pyorl Harbor hərbi bazasındakı ABŞ donanmasına zərbə endirməsi. 8 dekabr ABŞ, Böyük Britaniya, Kanada, Kosta-Rika, Dominikan Respublikası, Qvatemala, Haiti, Salvador, Panama, Holland Ost- Hindi, Cənubi Afrika İttifaqı, Avstraliya, Azad Fransa tərəfindən rəsmi surətdə Yaponiyaya müharibə elan edilməsi. Polşada hitlerçilər ilk dəfə yəhudilərin öldürülməsi üçün zəhərli qazdan istifadə etdilər. Avstraliya Finlandiyaya, Rumıniyaya və Macarıstana müharibə elan etdi. Cənubi Afrika İttifaqı Finlandiya, Rumıniya və Macarıstana müharibə elan etdi. 27 mart — Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olması tapşırıldı. avqust — 402-ci Azərbaycan milli diviziyası yaradıldı. oktyabr — Təbrizdə Azərbaycan opera və balet teatrının ilk qastrol tamaşalarının başlanması oktyabr — 223-cü Azərbaycan milli diviziyası yaradıldı. 11 dekabr- SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verildi. O, bu ada layiq görülən ilk azərbaycanlı idi.

Doğumlar 23 iyul – Flora Kərimova – Azərbaycan müğənnisi 19 avqust — Camal Yusifzadə, Azərbaycan şairi. 10 fevral — Təyyar Abbasov, Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994).