() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.

Ekologiyası Orta dağ qurşağında, açıq sahələrdə təbii halda yayılmışdır.

Azərbaycanda yayılması Naxçıvan MR Quraquş dağları ərazisində yayılmışdır. Azərbaycanın nadir bitkisidir. Geniş yayılma arealı yoxdur. “Qırmızı kitab”a daxil edilməsi tövsiyə edilir.

İstifadəsi Tərkibində qatran vardır. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.

İstinadlar

Həmçinin bax