Xalı kənd — Yelizavetpol quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda qışlaq.
Tarixi Xalı kənd qışlağı Çaykənd kəndinin yaxınlığında yerləşmişdir. Tarixən kənd olmuş, sonradan sakinləri Çaykəndə köçmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır. Toponim «sahibsiz, yiyəsiz, tutulmamış, boş» mənasında işlənən xali (Azərbaycan dilinin qərb dialektində «xalı» formasında «əkilən torpaq sahəsinin əkilməmiş hissəsi» mənasında işlənir) sözü ilə, kənd coğrafi nomeninin birləşməsi əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.İbrahim Bayramov Qərbi Azərbaycanın Türk Mənşəli Toponimləri Bakı 2002
Həmçinin bax Yelizavetpol quberniyası İrəvan xanlığı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
İstinadlar
Xarici keçidlər http://www.erevangala
Kateqoriya:Gəncə quberniyasının qəzaları Kateqoriya:Qaraqoyunlu kəndləri