Les Gardiens du Silence () – Azərbaycanın Bakı şəhərində yaradılmış ilk world, etno-spiritual, new age qrupudur.
Haqqında Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim musiqi və mədəniyyəti əsasında hazırlanıb. Qrup nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə edir. 2017-ci ildə qrup "Divine Balance: Feminine. Divinity" adlanan ilk albomunu təqdim edib. Bir çox festivallarda çıxiş edərək Azərbaycanin incəsənət aləminin hərtərəfliliyini dünyaya çatdirilar. 2019-cu ildə kollektiv "Nəsimi" adli ikinci albomu Yarat! Müasir İncəsənət Mərkəzində təqdim etmişdir. Daha oncə 2018-ci ildə,birinci dəfə, Nəsimi albomundan olan əsərlər sentyabrda keçirilən Nəsimi Festivalinda ifa olunmuşdur. Onların musiqisi əsasən qəlbin rahatlığı, meditasiya, özünü dərk etmə üçün istifadə olunur. Janrları isə dünya musiqisi, yeni dövr musiqisi, etno-ruhi musiqi, qədim folk kimi tanınır.
Üzvlər Kitaru Lina / Ilhama Babayeva (vokal, skripka) Səda Hüseynova (kanon) Vyaçeslav Lizunov (lyut, qitara) Ramirez (percussion) Xəyal Nityananda (mridangal) Aydan Aydın (hangdrum, albomlarda iştrak etməyib)
İstinadlar 2. Les Gardiens Du Silence - Facebook page
3. Youtube channel
4. Store LInk
Xarici keçidlər YARAT Müasir İncəsənət Mərkəzində çıxışı
Kateqoriya:Azərbaycan rok-qrupları Kateqoriya:2015-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Alternativ rok-qruplar