() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır.
Botaniki xarakteristikası Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır.
Ekologiyası İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir. Ibota birgözünün becərilməsi üçün yumşaq məhsuldar torpaq daha əlverişlidir. Quraqlıq dövründə mütləq suvarılması lazımdır. Yaxşı budanır.
Azərbaycanda yayılması Bir çox rayonlarda park və bağlarda rast gəlinir.
İstifadəsi Yaşıllaşdırmada tək və qrup əkinlərində dekorativ bitki kimi becərilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax