Arkadi Naydiç (; ) — əvvəllər Latviya, Almaniya və Azərbaycanı təmsil etmiş Bolqarıstan şahmatçısı, qrosmeyster (2001).

Həyatı 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub.

1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır.

2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.

2015-ci ilin iyulunda Almaniya Şahmat Federasiyasını Azərbaycan Şahmat Federasiyasına dəyişib.Player transfers in 2015 FIDE. Retrieved 12 December 2015 2017-ci ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionatının qızıl medalını qazanıb. Bununla da o, iki ölkənin milli komandasının heyətində Avropa çempionu olan ilk qrosmeyster olub.

Şəxsi həyatı Naydiçin bacıları — İrina (doğ. 1986), Yevgeniya (doğ. 1987) və Mariya (doğ. 1988) da şahmat yarışlarında çıxış edirlər.

Naydiç 2014-cü ilin oktyabrında İsrail şahmatçısı Yuliya Şvaygerlə evlənib. Onlar hazırda Bakı şəhərində yaşayırlar.

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı FIDE Chess profili Arkadij Naiditsch. Chess-DB.com Arkadij Naiditsch. Chessgames.com Arkadij Naiditsch. 365Chess.com

Kateqoriya:Latviya şahmatçıları Kateqoriya:Almaniya şahmatçıları Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Riqada doğulanlar Kateqoriya:Bolqarıstan şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Almaniya vətəndaşlıq hüququnu almış şəxslər