Məhəmməd ibn Salman əl-Səud () — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi, kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri, kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri.
Həyatı Məhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb.
Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi.
Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura.
Müdafiə naziri left|thumb|216x216px|Şahzadə Məhəmməd ibn Salmanın Vladimir Putinlə görüşü (2015) 23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi. Bundan əlavə, o, dövlət naziri vəzifəsini də saxladı.
29 yanvar 2015-ci ildə Şahzadə Məhəmməd ləğv edilmiş Ali İqtisadi Şuranın əvəzinə yenicə yaradılan İqtisadi Məsələlər və İnkişaf Şurasının sədri vəzifəsinə təyin edildi.
Onun müdafiə naziri vəzifəsində əsas hadisə Yəməndə üsyançı husilərə qarşı həyata keçirilən "Qətiyyətin fırtınası" əməliyyatının başladılması oldu.
2015-ci ilin aprel ayında Kral Salman qardaşı oğlu Məhəmməd ibn Naifi vəliəhd, oğlu Şahzadə Məhəmməd ibn Salmanı isə onun müavini təyin etdi. 21 iyun 2017-ci ildə isə dəyişiklik edərək öz oğlunu vəliəhd təyin etdiSaudi king resets succession to cope with turbulent times Reuters. 29 April 2015. Retrieved 1 May 2015..
Antikorrupsiya komitəsinin rəhbəri 4 noyabr 2017-ci ildə xüsusi yaradılmış Antikorrupsiya Komitəsinin rəhbəri təyin olundu. Həmin gün on bir şahzadə, o cümlədən, dünyanın ən zəngin adamlarından biri olan Əl-Valid ibn Talal, həmçinin korrupsiya ilə əlaqədar cinayətlər törətməkdə şübhəli bilinən bir neçə köhnə nazir həbs edildi.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Səudiyyə Ərəbistanı siyasətçiləri Kateqoriya:31 avqustda doğulanlar Kateqoriya:1985-ci ildə doğulanlar Kateqoriya:XXI əsr siyasətçiləri