Tacikistan Vətəndaş Müharibəsi may 1992-də Tacikistanın Garm və Dağlıq Bədəxşan Muxtar Vilayətidə bəzi İslamçı təbəqəsinin, Rəhman Nəbiyevin başçılıq etdiyi hökumətə qarşı başlatdığı qiyam nəticəsində ortaya çıxan vətəndaş müharibəsi. Müxalif təbəqə Birləşmiş Tacik Müxalifəti adı altında toplanmış, Özbəkistan və Rusiya isə hərbi olaraq Tacikistan hökumətinə dəstək vermişdi. 27 iyun 1997-də Moskvada imzalanan sülh sazişlə sona çatan müharibədə 50.000–100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isə miqrasiya etdiyi təxmin edilir. Civil Wars of the World: Major Conflicts Since World War II The Transformation of Tajikistan: The Sources of Statehood
Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar 2015-ci ilin sentyabr aylarında da davam etmişdir. Hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. Çoxlu sayda silah-sursat müsadirə edən hökumət qüvvələri Nəzərzadənin 31 tərəfdarını da həbs edib. Hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərzadə rəhbərlik edir. Bu birbaşa dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsə də, Əbdülhəlim Nəzərzadə sosial şəbəkələr vasitəsilə yayımlanan məktubunda dövlət çevrilişinə cəhd etmədiyini və ona qarşı repressiyaların prezident İmoməli Rahmon tərəfindən başladıldığını deyib. Tacikistan vətəndaş müharibəsi ərəfəsində
İstinadlar
Kateqoriya:Əfqanıstanın müharibələri Kateqoriya:Rusiyanın müharibələri Kateqoriya:Tacikistan tarixi Kateqoriya:Tacikistanda siyasət Kateqoriya:Tacikistanın xarici siyasəti Kateqoriya:Vətəndaş müharibələri Kateqoriya:Asiya ölkələrinin və xalqlarının vətəndaş müharibələri Kateqoriya:Vasitəçilik müharibələri