Azərbaycan... Əbədiyyət yolu qısametrajlı sənədli filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2006-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur.
Məzmun Film Azərbaycanın qədim tarixinə, abidələrinə və zəngin mədəniyyətinə, həmçinin bu gününə həsr olunmuşdur. Filmdə həmçinin, Azərbaycanın dini tollerantlığı, xalqımızın tarixi keçmişində islam dininin yeri barədə həqiqətlər öz əksini tapıb.
Filmdə, xüsusi olaraq, ən maraqlı və təqdirəlayiq məqamlardan biri də, Azərbaycanın tarixi qədimliyinə və zənginliyinə görə seçilən Azərbaycan məscidlərinin erməni vandalları tərəfindən vəhşiliklə dağıdılmasının bir fakt kimi öz əksini tapmasıdır.
Filmin üzərində işləyənlər Ssenarist: Südabə Ağabalayeva, Tofiq Məmmədov Rejissor: İqbal Məmmədəliyev Operator: Köçəri Məmmədov, Orxan Dadaşov Prodüser: Tofiq Məmmədov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2006-cı ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:2006-cı ilin Azərbaycan filmləri