Tolis xan — Şərqi Göytürk xaqanlığının şərq torpaqlarını idarə edən Göytürk şahzadəsi.
İlk dövrləri Şibi xaqanın oğlu idi. 602-ci ildə doğulmuşdur.
Hakimiyyəti Yami xaqanın dövründə dövlətin şərq torpaqları Tolis xana verilmişdi. Onun tabeçiliyində kidan və mohe tayfaları vardı. 624-cü ildə Tan şahzadəsi Li Şiminlə ittifaqa girmişdi. 628-ci ildə Çinə tabe oldu və 700 ailə ona hədiyyə edildi və Beipinq knyazı titulu verildi.
Ölümü 631-ci ildə Çindən öz torpaqlarına qayıdarkən Binçjouda vəfat etdi.
Ailəsi Suy sülaləsinin imperatoru Yanqdinin qızı şahzadə Xuaynan ilə evlənmişdi.
Övladları
Aşina Xeloxu — Aşina Cieşeşuayla birlikdə imperatoru öldürməyə cəhd etmişdi.
Nəslindən gələnlər
Aşina Bilgə Tigin (681-724) — Tan sülaləsi sərkərdəsi idi. 3 sentyabr 724-cü ildə vəfat etmiş, 8 sentyabr 724-cü ildə basdırılmışdır. Məzarı 1956-cı ildə tapılıb. İstinadlar
Mənbə
Н.Я. Бичурин (Иакинф). Собрание сведений о народах,. обитавших в Средней Азии в древние времена. // Т. I. М.-Л.: 1950
Kateqoriya:Göytürk şahzadələri Kateqoriya:Aşina ailəsi