Tixon Nikolayeviç Xrennikov (rus. Ти́хон Никола́евич Хре́нников; ) — sovet və rus bəstəkarı, pianoçu, ictimai xadim, pedaqoq, professor. SSRİ Bəstəkarlar İttifaqının Sədri (1948–1991). SSRİ xalq artisti (1963), Sosialist Əməyi Qəhrəmanı (1973), Lenin mükafatı laureatı (1974), 3 dəfə ikinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1946, 1952 və SSRİ Dövlət mükafatı laureatı (1967).Музыкальная энциклопедия. Гл. ред. Ю. В. Келдыш. Том 6. Хейнце — Яшугин. 1108 стб. с илл. М.: Советская энциклопедия, 1982 год 8 opera, 5 balet, 3 simfoniya, 9 intrumental konsert, 30 kinofilmin musiqisinin, teatr tamaşaları üçün çoxsaylı musiqi, musiqi proqramı, vokal musiqi müəllifi.

Həyatı Görkəmli rus bəstəkarı Tixon Nikolayeviç Xrennikov 1913-cü ildə may ayının 28-də (iyun ayının 10-da) Lipetsk vilayəti, Eltse kəndində tacir ailəsində anadan olub. O ailənin 10-cu övladı idi. Anası Varvara Vasilyeva evdar qadın idi.

Tixon Xrennikov musiqi ilə hələ Yeltsedə yaşadığı günlərdə Anna Fyodorovna Varqunina ilə birlikdə məşğul olmağa başlamış 1927–1928-ci illərin qışında Moskvada olmuş və əsərlərini müəllimi bəstəkar və pianinoçu V. P. Aqarkova göstərmişdir. Aqarkov onun əsərlərini bəyənmiş və ilk növbədə Yeltsedə orta təhsilini başa vurmağını, daha sonra Moskvada təhsilini davam etdirməyini istəmişdir. 1929-cu ilin yazında 9 illik məktəbi bitirən Tixon Mixail Qnesinə məktub yazmış və müsbət cavab alaraq Qnesin adına musiqi texnikumuna tələbə olaraq qəbul edilmişdir. 1932-ci ildə texnikumu başa vurur. 1936-cı ildə isə Moskva Konservatoriyasını bitirir. 1933-cü ildə Moskva uşaq teatrında işləməyə dəvət olunur. 1941-ci ildə Qırmızı Ordu teatrının musiqi hissəsinə rəhbərlik etmişdir.

"Tufanda", "Ana", "Doroteya" və sair operaların, "Məhəbbətə məhəbbətlə" və "Qusar balladası" baletlərinin, bir sıra operetta və simfoniya əsərlərinin müəllifidir. Üzeyir Hacıbəyov 1939-cu ildə Xrennikovun "Tufanda" operasının ilk tamaşasında iştirak etmiş, bu opera bir çox görkəmli musiqişünaslar tərəfindən kəskin tənqid olunduğu zaman onu qətiyyətlə müdafiə etmiş, musiqidə "yeni söz" kimi qiymətləndirmişdir. Xrennikov yaradıcılığına və şəxsiyyətinə dərin hörmətlə yanaşdığı Hacıbəyovu "Azərbaycan musiqisinin ağsaqqalı" adlandırmış, onun haqqında xatirə yazmış, eləcə də bəstəkarın anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən təntənəli gecələrdə çıxış etmişdir.Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb, 2007, s. 109

1930-cu illərdə Xrennikov Sovet bəstəkarlarının sırasına artıq rəsmən daxil olmuş və "bəstəkar gəncliyi" təmsil edirdi.

Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət edərkən Üzeyir Hacıbəyov barədə belə demişdir: O, 14 avqust 2007-ci ildə Moskvada vəfat etmişdir. 17 avqust tarixində doğulduğu Yeltsedə dəfn olunmuşdur.

İstinadlar

Həmçinin bax Üzeyir Hacıbəyov

Xarici keçidlər Биография Тихона Хренникова

Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:SSRİ xalq deputatları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:Rusiya film bəstəkarları Kateqoriya:Rusiya pianoçuları Kateqoriya:Rusiya klassik musiqiçiləri Kateqoriya:Operetta bəstəkarları