Sergey Mustafa Levent oğlu Markelov (; ) — Azərbaycan futbolçusu, "Çinar-Zəngilan(region liqası)" futbol klubunun hücumçusu.
Həyatı Sergey Markelov 1994-cü ildə Bakı şəhərində anadan olub. Milliyətcə türkdür, müsəlmandır (atası türk, anası rusdur). Boyu 180 sm, çəkisi 78 kg-dır. Bakı şəhəri 9 saylı orta məktəbi bitirib. Ali təhsilini Ukraynanın Karazin adına İqtisad Universitetinin maliyyə və kredit fakültəsində alıb. Futbol oynamağa 8 yaşında "Xudafərin" uşaq futbol klubunda başlayıb. İlk məşqçisi Elbrus Rzayev olub. 12 yaşına qədər bu məşqçinin rəhbərliyi altında futbolun sirrlərini öyrənib. Futboldan başqa MMA döyüşü və karate ilə məşğul olub. Karate üzrə sarı kəmər sahibidir. Ailəlidir, bir qız övladı var. Azərbaycan dilindən başqa rus, türk və ingilis dillərini bilir.
Klub karyerası Futbolda ilk addımlarını "Qarabağ"da atıb.2006–2007-ci illərdə ağdamlıların uşaq yaş qrupunda oynayıb.2007–2009-cu illərdə "Bakı" klubunun, 2009–2012-ci illərdə isə "İnter" klubunun aşağı yaş qruplarında çıxış edib.
2012–2013-cü illərdə Birinci Divizionun "Muğan" klubunun əvəzedici heyətində oynayıb.
2013–2014-cü illər arası 1 il 4 ay ərzində Xarkovun "Metalist" klubunda legioner həyatı yaşayıb. 2015-ci ildə Bakıya qayıdaraq, yarım mövsüm "Bakılı" klubunun şərəfini qoruyub. Daha sonra altı ay "Qaradağ Lökbatan" klubunun formasını geyinib.
2017-ci ilin yayından etibarən Birinci Divizionun "Xəzər" klubunun futbolçusudur.
İstinadlar
Xarici keçidlər S. Markelov — Soccerway.com Sergey Markelov — Transfermarkt.de Sergey Markelov — footballdatabase.eu
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Bakılı PFK futbolçuları Kateqoriya:Xəzər Bakı FK futbolçuları Kateqoriya:Metalist Xarkov FK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları