Ross 128 b – 15 noyabr 2017-ci ildə kəşf edilmiş Yerə bənzər planet.
Haqqında Günəş sistemidən 11 işıq ili məsafəsində yerləşir. Ross 128 ulduzunun ətrafında fırlanan planetin iqlimi mülayimdir. Aşağı kütləli planetin dövr müddəti təqribən 10 günə bərabərdir. Planet Proksima b-dən sonra bu mülayim iqlimi ilə bizə yaxın ikinci Yerə bənzər planetdir. Planetdə həyatın ola bilməsi mümkündür.
Bu, qeyri-aktiv qırmızı cırtdan planet ulduzun ətrafında fırlanan Yerə ən yaxın planetdir. Bu isə planetdə həyatın aşkar edilməsi ehtimallarını daha da artırır.
Ross 128 b planetini Çilidə ESO HARPS (High Accuracy Radial velocity Planet Searcher) qəbuledicisi ilə işləyən astronomlar kəşf edib. Planetin səthində dərəcə təqribən −60 və 20 °C arasında olmalıdır.
Ross 128 b-nin yaşayış zonasının daxilində, xaricində və ya hüdudlarından kənarda olduğunu müəyyən edilməyib.
Ross 128 b Yerə doğru hərəkət edir və cəmi 79 min il sonra (kosmik miqyasda bu sadəcə bir andır) məhz bu planet Yerə ən yaxın kosmik qonşu olacaq.
Həmçinin bax Proksima b
İstinadlar
Kateqoriya:Yerə bənzər ekzoplanetlər Kateqoriya:2017-ci ildə elm Kateqoriya:Qız bürcü