Varese — Italiyanın eyniadlı şəhərini təmsil edən basketbol klubu.

Tarixi Varese basketbol komandası 1946-cı ildə Varese şəhərində təşkil olunmuş, ilk vaxtlar öz çıxışı ilə fərqlənməmişdir. İlk böyük uğurunu 1961-ci ildə, İtaliya çempionatının qalibi kimi qeyd etmişdir. 1970-ci ildə isə klub ilk dəfə çempionlar kubokunu qazanmış, sonralar daha 4 dəfə Avropanın bu əsas turnirinin qalibi olmuşdur. Komandanın sonuncu uğuru 1999-cu ildə milli birinciliyin və İtaliya superkubokunun qalibi olmasıdır. Varese basketbol komandası hazırda A seriyası üzrə çıxış edir.

Titulları Basketbol üzrə İtaliya çempionu (10 dəfə): 1961, 1964, 1969, 1970, 1971, 1973, 1974, 1977, 1978, 1999

Çempionlar kuboku''' (5 dəfə): 1970, 1972, 1973, 1975, 1976. Finalçı (5 dəfə): 1971, 1974, 1977, 1978, 1979

Kuboklar kuboku (2 dəfə): 1967, 1980

İtaliya kuboku (4 dəfə): 1969, 1970, 1971, 1973

Qitələrarası kubok (3 dəfə): 1966, 1970, 1973

İtaliya superkuboku (1 dəfə): 1999 thumb|240px|Palasport, Varese komandasının örtülü idman arenası

İstinadlar

Xarici keçid Rəsmi sayt Eurobasket.com Team Page Varese Basket Blog

Kateqoriya:İtaliya basketbol klubları Kateqoriya:Əlifba sırasına görə basketbol klubları Kateqoriya:1946-cı ildə yaradılmış basketbol klubları