thumb|Dona i Ocell, 1982-ci il, Barselona, İspaniya. Joan Miro (tam adı Joan Miró i Ferrà; ) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib.
Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi.M. Rowell, Joan Mirό: Selected Writings and Interviews (London: Thames & Hudson, 1987) pp. 114–116.
Həyatı Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur.Victoria Combalia, "Miró's Strategies: Rebellious in Barcelona, Reticent in Paris", from Joan Miró: Snail Woman Flower Star, Prestel 2008 Miro adının kökü qədim yəhudilərə gedib çıxır.Doreen Carvajal, In Majorca, Atoning for the Sins of 1691 , The New York Times, May 7 2011Sarah Wildman, Mallorca's Jews Get Their Due , The Forward, April 13 2012 Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi.Penrose, Roland (1964). Joan Miró. The Arts Council. p. 11. O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi.
Karyerası Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir. o, yeniyetmə olarkən kargüzar kimi iş karyerasına başladı, lakin sinir probləmləri ilə rastlaşdıqdan sonra biznes dünyasını tamamilə tərk edərək incəsənətə başladı."Collection Online | Joan Miró - Guggenheim Museum". Guggenheimcollection.org. 1983-12-25. Archived from the original on 2014-10-22. Retrieved 2014-08-08. İlkin rəssamlıq karyerası Barselonada nümayiş edilən Fovizm və Kubizm cərəyanlarından təsirlənmişdir. Mironun əsərlərini tədqiq edən alimlər onun əsərlərinin avanqard üslubunu yazdığı dövrünü Katalan Fovist dövrü adlandırdılar.Jacques Lassaigne, Miró: biographical and critical study. Tr. Stuart Gilbert. (Paris: Editions d'Art Albert Skira, 1963) pp. 24-25.
Əsərlərin satışı Bu gün Mironun rəsm əsərlərinin qiyməti 250 000 və 26 milyon dollar arasında dəyişir; 2008-ci ilin may ayının 6-da bir auksionda “Ulduzların ehtirası” (La Caresse des étoiles) əsərinin qiyməti 17 milyon dollar müəyyənləşdirilmişdir."As reported on APF Google, Miró painting fetches record price of US$17million at Christie's New York auction on May 6, 2008". Afp.google.com. 2008-05-06. Archived from the original on May 12, 2008. Retrieved 2012-03-15.
Qalereya
Həmçinin bax Nadir Afonzo Oqust Erben Salvador Dali Soumaya muzeyi
İstinadlar
Xarici keçidlər Milli İncəsənət Qalereyasında Joan Mironun əsərləri Joan Miro rəssamlığı Joan Miro Müasir İncəsənət Muzeyində Olqanın Qalereyası - Joan Miro Artcyclopedia
Kateqoriya:Barselonada doğulanlar Kateqoriya:İspan rəssamlar Kateqoriya:Monjuik qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Poçt markası dizaynerləri