Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum.

Tarixi Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb.

Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur.

Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.

Festivallar və mükafatlar 2017-ci ildə Həştərxanda keçirilən Üçüncü Xəzər Mediaforumunda "Aranfilm" yaradıcılıq mərkəzi "İnsan və Dəniz" nominasiyasına layiq görülüb. 2018-ci ildə "Gecikmə" filmi iştirak üçün "Zolotoy Vityaz" beynəlxalq kinofesivalının müsabiqə proqramına daxil edilib. 2018-ci ildə "Gecikmə" filmi XIV Kazan Beynəlxalq Müsəlman Film Festivalının müsabiqə proqramına daxil edilib. "Xilas" filmi 19 sentyabr 2018-ci ildə Xəzər Mediaforumu çərçivəsində Həştərxanda keçirilən kino müsabiqəsində ikinci yer tutub. "Xalisin arzuları" qısametrajlı bədii filmi 2018-ci ilin noyabrında "Şəki, mən səni sevirəm" müsabiqəsinin "Ən yaxşı bədii film" nominasiyasında mükafata layiq görülüb. Mərkəz 3 aprel 2019-cu ildə "Aprel Fərmanı" filminin istehsalına görə, Samux rayon Heydər Əliyev Mərkəzinin "Təşəkkürnamə"si ilə təltif edilmişdir. 18 oktyabr 2019-cu ildə mərkəz "İlin uğurlarına görə" nominasiyasında X The First Beynəlxalq Mükafatına layiq görülmüşdür. "Gecikmə" filmi 21 noyabr 2019-cu ildə 11-ci "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına layiq görülüb.

Filmoqrafiya

Sakit gün (2016) Ürək yaddaşı (2016) İqlimlər (2016) Zamanında yaşadım (2016) Bu Azərbaycan sirkidir (2016) Sonluğun izi ilə (2016) Ömrümün qızıl payızı (2017) Sarıbaş (2017) Gecikmə (2017) Sonuncu akkord (2017) İki dünya arasında (2017) Qarabağ: əsirlər və girovlar. Közərən xaç (2017) Şahtaxtı (2017) Şuşanın dağları qara dumanlı (2017) Daşla danışan adam (2017) Orkestr və mən (2017) Əfsanə (2017) Mənim adım Ələkbər (2017) Qara dəlik (2017) Əliaçıq xəsis (2017) Ölməz Murtuza (2017) Cavabsız sual (2017) Ölümündən sonra məhkəmə (2017) Dəmirin yolu (2017) Həqiqət sorağında (film, 2017) Uğur məktəbi (2017) Hələ axşam olmayıb (2017) Həyatımın notları (2017) Annenfeldli (2018) Bakılı qızlar (2018) Gizli istiqlalçılar (2018) Sarmaşıqlı məzarlar (2018) Xocalı dərsi (2018) Səmanın fəthi (2018) Xilaskar ömrü (2018) İşıqlı yol (2018) Tənhalıq ölkəsinə səyahət (2018) Tarixin əmanəti (2018) Sürgündən sonra (2018) Ümid yeri (2018) Qanadlı xatirələr (2018) Vətən səni sevdi (2018) Xilas (2018) Xalisin arzuları (2018) Əsgərlər unudulanda ölürlər (film, 2018) Süvari yolu (2018) Ölüm nəmənədir... (2018) Zamanının paşası (2018) Könül nəğmələri (2018) Müharibə rəfiqələri (2018) Bir kənd tanıyıram (2018) Almanların sağlığına (2019) Zülmətdən doğan işıq (2019) Kəpəzə gedən yol (2019) Tofiq Tağızadə - 100 (2019) İnitium (2019) Aprel Fərmanı (2019) Nəsir müəllimli illər (2019) Vətəndaş rəssam (2019) Onun məhəbbəti - futbol (2019) Polkovnikə məktub var (2019) Rəngli ilmələr (2019) Bir qəsdin tarixi (2019) Tiflisdən Payneyə (2019) Futbol - sevincim mənim (2019) Ritm və poeziya (2019) Ölən dünyanın yaddaşı (2019) Məni izləyən müəmma (2019) Əməyin qəhrəmanı (2019) Ömrün ağ səhifələri (2019) Danışan əllər (2019) Həyat sonatası (2019) Maşallah (2019) Vətəndaş Nəcəfov (2019) Tamaşadan öncə (2019) 30 ilin yaddaşı (2020) Gürcü Zaza (2020) Təbiətin ömrü (2020) Orman adamı (2020) Qum ömrü (2020) Doxsanıncılar (2020) Onların RLS-i (2020) Qırmızı (2020) Pandemik karantin (2020) Kinomexanik (2020) Anna (2020) "Karpat" qapıçısı (2020) Gizirin rəqsi (2020) Dünənin sabahı (2020) "Zəif"in gücü (2020) Müəllim ömrü (2020) Gözlənilməyən çempionat (2020) Səmada qalan gənclik (2020) Balıqçı (2020) Ruhumun səsi (2020) Üzüm bağları. Abqora (2020)

İstinadlar

Xarici keçidlər 36px|link=YouTube Rəsmi YouTube kanalı ARB Aranın rəsmi saytında — Aranfilm Yaradıcılıq Mərkəzi

Kateqoriya:Azərbaycan film şirkətləri Kateqoriya:Azərbaycan film şirkətləri Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar