Diskrazit — mineral, Ag3Sb.

Haqqında Diskrazit - rombik. Kristalları piramidaldır. Ayrılma {011} və {001} üzrə mü­kəmməl. İkiləşmə {110} üz­rə. Aqreqat dənəvər və vərəqvari. Rəngi ağ, bozumtul çalarlı. Parıltısı metallik. Ag başqa mineralları ilə birgə hidrotermal yataqlarda. Bəzən nikel və kobalt mineralları ilə assosiasiyada olur.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Antimonidlər (minerallar) Kateqoriya:Gümüşün mineralları Kateqoriya:Rombik sinqoniya mineralları