İlyin xulu () — Knipoviç xulları cinsinin nümayəndəsidir.

Morfoloji əlamətləri D VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur. Yayılması Xəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır. Azərbaycan sularında ən çox Yalama-Xudat yaxınlığında təsadüf edilir. Muxtadır, Xaçmaz, Giləzi və Astara rayonlarında çoxsaylıdır. Qalan rayonlarda seyrəkdir.

Yaşayış yeri və həyat tərzi Dəniz balığıdır. Çoxalması Kürüsünü may-iyun aylarında tökür.Sayı 300-400 arası olur. Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.

Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, 145. İstinadlar

Kateqoriya:Xəzər dənizinin endemik faunası

Kateqoriya:Xəzər dənizi faunası Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər