() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Yayılması Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində.

Morfoloji əlamətləri Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur.

Yaşayış yeri və həyat tərzi Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.

Çoxalması Erkəyin uzunluğu 7 sm, dişinin uzunluğu isə 5 sm olur. Kürüsü böyük və armud şəklindədir. Çox nadir hallarda müşahidə olunur və yalnız bir il yaşayır. İyul-avqust aylarında kürüləyir və təxminən 20-30 kürü tökür.

Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Avropa balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları