Hadisələr 1 yanvar: Referendumun nəticələrinə əsasən Saar əyalətinin Fransadan AFR-in tərkibinə keçməsi. Misir tərəfindən 1954-cü il ingilis-Misir müqaviləsinin qüvvədən salınması. 10 yanvar - İngiltərədə Entoni İdenin istefasından sonra Harold Makmillanın Baş Nazir təyin edilməsi. 23 fevral - Kubada Fidel Kastronun başçılığı ilə partizan döyüşünün başlaması. 6 mart - Qananın Böyük Britaniyadan ayrılaraq öz müstəqilliyini elan etməsi. 8 mart: Qananın BMT-yə qəbul edilməsi. İsrail tərəfindən qoşunların 1949-cu il barışıq xətti boyunca çıxarılması prosesinin başa çatdırılması. 25 mart -Avropanın İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsinin imzalanması. 27 mart: Çexoslovakiya ilə Çin Xalq Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanması. İran tərəfindən Eyzenhaver doktrinasının müdafiə edilməsi. 1 aprel - Haiti Respublikasında hərbi çevrilişin baş verməsi. Ölkənin müvəqqəti prezidenti Frank Silvanın silahlı qüvvələrin komandanı general Leon Kantav tərəfindən hakimiyyətdən devrilməsi. 10 may -SSRİ-də Ali Xalq Təsərrüfatı Şurasının yaradılması. 31 avqust - Malayziyanın müstəqilliyinin elan edilməsi. 4 oktyabr - SSRİ dünyanın ilk süni peyki olan "Sputnik 1"-nin kosmosa buraxılması. 29 oktyabr - AFR-də Konrad Adenauer tərəfindən yeni hökumətin təşkili. 3 noyabr - SSRİ-də göyərtəsində Layka adlı it olan "Sputnik 2"-nin kosmosa çıxarılması və Laykanın ölümü. 13 dekabr - İranda baş verən zəlzələ nəticəsində 2 min adamın həlak olması. Avropanın Atom Enerjisi birliyinin yaradılması haqqında müqavilə imzalanması. Əfsanəvi partizan Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi.
Doğumlar 4 yanvar - Eldar Sabiroğlu, Azərbaycanlı dövlət xadimi 25 fevral - Adnan Yalım, türk rəssamı 10 mart - Üsamə bin Laden, Əl-Qaidə təşkilatının qurucusu 25 aprel – Həmidə Ömərova, Azərbaycan aktrisası 6 iyun - Abbas Əhməd Axundi, İran siyasətçisi, nəqliyyat naziri 28 iyun Georgi Pırvanov, Bolqarıstanın baş naziri Yelmar Məmmədov, Azərbaycanın ilk rəsmi milyarderi 9 noyabr - İlqar Muradov, Azərbaycan müğənnisi 24 dekabr - Hamid Kərzai, Əfqanıstanın prezidenti
Ölümlər 19 oktyabr – Qordon Vir Çayld, ingilis arxeoloqu 9 dekabr – Əli İhsan Sabis, Osmanlı İmperiyasının altıncı ordusunun komandiri
1957