Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir..
Peşəkarlıq karyerası Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir.
O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. Fransa yığması 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir.
Məşqçilik fəaliyyəti Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir. Nailiyyətləri
Fransa yığması ilə 2000-ci il yay Olimpiya oyunları: ссылка=|альт= </span>Gümüş 2005-ci il basketbol üzrə Avropa çempionatı: ссылка=|альт= </span>Bürünc Şəxsi Fransa liqasında 5 dəfə ən qiymətli oyunçu : 1991, 1992, 1993, 1994, 1996-cı illərdə
Xarici keçid Профиль на сайте ФИБА Профиль на сайте ФИБА-Европа Euroleague.net, профиль Итальянская Лига, профиль (Italyan dilində) Испанская Лига, профиль (İspan dilində)
İstinadlar
Kateqoriya:Fransa basketbolçuları Kateqoriya:Şole BK basketbolçuları Kateqoriya:PO-Ortez BK basketbolçuları Kateqoriya:Virtus BK basketbolçuları Kateqoriya:Valensiya BK basketbolçuları Kateqoriya:Fransa basketbol məşqçiləri Kateqoriya:Dallas Maveriks basketbolçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:1993 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Atıcı-müdafiəçilər