Solsberi adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 450 m. Buzlaq sahələri adanın böyük hissəsini tutur. Cənub-qərbdən şimal-şərqə uzanır. Sahəsi 960 km²-dir. Ada Çikaqo Universitetinin geologiya üzrə professoru Rollin Solsberinin şərəfinə adlandırılmışdır.

Yerləşdiyi akvatoriya Adanın sahillərini Barens dənizi yuyur.

Boğazlar Braun boğazı — adasının qərb sahillərini yuyur. Rokdorf boğazı — ensiz boğaz adanın cənub sahillərində yerləşir. Rods boğazı — adanın şərq sahillərini yuyur.

Buxtaları Kols buxtası — adanın şimal-qərbində yerləşir.

Solsberi adasının burunları Fişer burnu Mak-Klintok burnu Harkness burnu Yalsev burnu Bezborodov burnu Voronin burnu Koval burnu Farman burnu Montefore burnu

Yaxıxlığında yerləşən adalar Kiçik adalar Elizabet adası İeske adaları Kukin adaları İri adalar Luici adası Çamp adası Siqler adası Viner-Nyoyştadt adası Heys adası

İstinadlar

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Arxangelsk vilayəti adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları