() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şərqi Avropadan Qərbi Asiyaya qədər yayılmışdır. Ermənistan və İranda geniş arealı vardır.

Botaniki xarakteristikası Hündürlüyü 20 m və daha çox olan, piramidal çətirli, qalıntəhər budaqlı ağacdır. Budaqların qabığı boz, iynələrlə örtülmüşdür. Cavan zoğları açıq qonur və tükcüklü, sonradan çılpaq olur. Tumurcuqları çılpaq, qısa-ellipsvari, sarımtıl-qonurdur. Xırda və ya kifayət qədər iridir. Yarpaqları yumru-rombvari, uzunluğu 8,5 sm-dək və eni 5 sm, ucu biz, yaşıl və üstü parlaq, alt tərəfi bir az keçəli, kənarları dişlidir. Çiçəkləri çox iri, 7–10 ədəd qalxanlara yığılmışdır. Meyvələri tək-tək və ya qalxanlarda yerləşəndir. Basıq kürəvi hamardır və ya armudvaridir, diametri 3 sm olub, iri, qalın kasacıqlıdır. Meyvələri avqust-sentyabr ayları arasında yetişir.

Ekologiyası İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda, dəniz səviyyəsindən aşağı və orta dağ qurşaqlarında rast gəlinir.

Azərbaycanda yayılması Kiçik Qafqazda-Zəngilan rayonu ərazisində təbii halda yayılmışdır.

İstifadəsi Dekorativ çiçəklərə malikdir. Tək əkinlərdə istifadəsi məqsədyönlüdür.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları