() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Görünüşü Qağayılar arasında ən iri növlərdən biridir. Bədəninin uzunluğu 64–65 sm olur. Çəkiləri 1,5–2 kq çata bilir. Solğun rəngə sahibdir. Başı ağ, qanadlar və beli mavi-boz, qanadlarının uçu ağ, dimdikləri sarı, ayaqları sarı-bənövşəyi olur.
Yayılması Qütb qağayıları Asiya, Şimali Amerika və Avropanın qütb ətrafı ərazilərində yayılmışdır. Əsasən materiklərin və adaların sahil tundra zonasında müşahidə edilirlər.
Qidalanması Qütb qağayısı digər qağayı növləri kimi hər şey yerirlər. Onların qida zənçirinə molyusklar, balıqlar, dəniz ulduzları, quş və onların yumurtaları, kiçik məməlilər, giləmeyvələr daxildir.
Çoxalması Yuva adətən qaya və sıldırımlarda qurulur. Onlar tək çütlük və ya koloniya şəklində yuva qururlar. Adətən 2–3 yumurta qoyurlar. Yumurtaya hər iki valideyn 27–28 gün ərzində baxır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Arktika quşları Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Avropa quşları Kateqoriya:1822-ci ildə təsvir edilən quşlar