Mehmet Şadi Çalıq (; ) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəliÖnes ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür.
Bioqrafiya Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.Siren Çalık, mimarlikmuzesi.com Atası İraklion zadəganı olan Çalıqzadə Şadi bəy, anası isə Xədicə xanın idi.Milliyet, 26 dekabr 1979 Çalıq hələ 6 yaşında olarkən Türkiyə və Yunanıstan arasındakı 1923-cü il əhali mübadiləsi nəticəsində ailəsi ilə birlikdə Türkiyənin Urla şəhərinə köçmüş, uşaqlıq və erkən gənclik dövrünü orada keçirmişdir.
İbtidai təhsilini tamamladıqdan sonra 1930-cu ildə İzmir Amerikan Kollecinə girmiş, iki sonra isə İzmir Atatürk Liseyi üçün qeydiyyatdan keçmişdir. Liseydən 1939-cu ildə məzun olmuş və İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasına daxil olmuşdur. Akademiyada nasist Almaniyasından Türkiyəyə qaçmış olan alman heykəltaraş Rudolf Bellinqin şagirdi olmuşdur. Akademiyanı 1949-cu ildə bitirmiş, 1950-ci ildə isə Paris şəhərinə getmişdir. Bir il sonra Türkiyəyə geri qayıtmış və 1959-cu ilə qədər işlərinə sərbəst davam etmişdir. 1959-cu ildə Akademiyanın Heykəl bölməsi tərəfindən “peşə işləri müvəffəqiyyətli olduğu” üçün atelye təhsili (assistent) vəzifəsinə layiq görülmüşdür.Milliyet, 4 yanvar 1981 1969-cu ildə dosent, 1971-ci ildə isə professor olmuşdur.Bir Anıtın Hikayesi Yaxın dostu Nəcati Cumalının bacısı Müfidə ilə evlənmiş, bu evlilikdən Sirən və Osman adlı iki uşağı olmuşdur. Mehmet Şadi Çalıq 24 dekabr 1979-cu il tarixində, ürək böhranı nəticəsində İzmir şəhərində vəfat etmişdir. Məzarı İzmir şəhərinin Bornova ilçəsindəki Hacılarkırı qəbiristanlığındadır.
Xatirəsi 1995-ci ildə İzmit şəhərindəki Saraybaxça bələdiyyəsi və Memar Sinan Universitetinin Heykəl bölməsinin əməkdaşlığıyla “Beynəlxalq I Şadi Çalıq Mərmər Heykəl Simpoziumu” keçirilmişdir. Urla bələdiyyəsi "gələcək nəsillərin xatırlaması" üçün Urlada yerləşən bir prospektə Şadi Çalıq adı verilmişdir.Milliyet, 13 sentyabr 1984
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Türkiyə heykəltaraşları Kateqoriya:1917-ci ildə doğulanlar Kateqoriya:1979-cu ildə vəfat edənlər Kateqoriya:İraklionda doğulanlar Kateqoriya:İzmirdə vəfat edənlər Kateqoriya:İstanbul Dövlət İncəsənət Akademiyasının məzunları