Bülbülü öldürmək () — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. 

Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir".Crespino, J. (2000). "The Strange Career of Atticus Finch". Southern Cultures. 6 (2): 9–30. doi:10.1353/scu.2000.0030.

Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. Kitab Birləşmiş Ştatların məktəblərində tolerantlığı və qərəzsiz mövqeni təbliğ edən dərslərdə geniş şəkildə tədris olunur. Mövzularına baxmayaraq, "Bülbülü öldürmək" əsərinin məktəb proqramlarından çıxarılması üçün bir sıra kampaniyalar təşkil olunmuşdur. Buna səbəb kimi əsərdə tez-tez irqi epitetlərdən istifadə edilməsi göstərilirdi.

Nəşr edildikdən sonra roman haqqında müxtəlif fikirlər formalaşdı. Çox sayda nüsxəsinin satılmasına və məktəblərdə geniş şəkildə tədris edilməsinə baxmayaraq haqqında ədəbi təhlillər azdır. "Bülbülün öldürülməsi" haqqında bir neçə müəllifin və ictimai xadimin fikirlərini toplayan yazıçı Meri Makdonaf Mörfi kitabı "təəccübləndirən fenomen" adlandırdı.Zipp, Yvonne (July 7, 2010). Scout, Atticus & Boo , The Christian Science Monitor. Retrieved on July 10, 2010. 2006-cı ildə ingilis kitabxanaları kitabı "ölmədən öncə hər bir şəxsin oxumalı olduğu kitab" adlandıraraq Bibliyadan da öncə sıraladılar.Pauli, Michelle (March 2, 2006). Harper Lee tops librarians' must-read list , Guardian Unlimited. Retrieved on February 13, 2008. 1962-ci ildə rejissor Robert Malliqan tərəfindən kitabın süjet xətti əsasında eyni adda filmi çəkildi və Oskar mükafatına layiq görüldü. 1990-cı ildən bəri, Harper Linin doğulduğu şəhərdə hər il romanın tamaşası təşkil edilir. 

"Bülbülü öldürmək" Harper Linin "Təsbeh ağacının altında" əsəri nəşr edilənə kimi yeganə əsəri idi. "Təsbeh ağacının altında" əsəri "Bülbülü öldürmək" romanının ilkin versiyası hesab olunur və 2015-ci il iyul ayının 14-də nəşr olundu. Harper Li 1964-cü ildən özü və romanı ilə bağlı müsahibə verməkdən imtina etsə də, 2016-cı ilin fevral ayında vəfatına qədər əsərlərinin təsiri ilə bağlı sualları cavablandırırdı.

Yazılma tarixi və nəşri 1926-cı ildə anadan olan Harper Li Alabama ştatının Monrovill şəhərinin Cənub bölgəsində böyümüşdür. O, tez bir zamanda məşhurlaşan yazıçı Truman Kapote ilə yaxın dost idi. 1944–45-ci illərdə Montqomeridə Hantinqdon kollecində, daha sonra 1945–49-cu illərdə isə Alabama Universitetinin hüquq fakültəsində oxuyub. Təhsil aldığı müddətdə tələbələrin ədəbiyyat jurnallarında yazıçılıq fəaliyyəti ilə məşğul olub: Hantinqdon kollecində Hantres jurnalında və Alabama Universitetində Rammer Jammer jurnalında. Hər iki təhsil müəssisəsində Li o dövrlərdə kampuslarda nadir hallarda rast gəlinən irqi ədalətsizlik mövzusunda qısa hekayələr və digər əsərlər yazırdı.Shields, pp. 79–99. 1950-ci ildə Li Nyu-York şəhərinə köçdü və Britaniya Hava Yolları Korporasiyasında kargüzarlıq vəzifəsində çalışdı: burada Monrovilldən tanıdığı insanlar haqqında yazılar və qısa hekayələr toplusu yazmağa başladı. 1957-ci ildə Kapotenin məsləhəti ilə əsərlərini çap etmək üçün onları ədəbiyyat agentliyinə təqdim etdi. Onun əlyazmalarını qəbul edən agentliyin redaktoru Lippinkott ona aviaşirkətdəki işini buraxmağı və yazıçılıq fəaliyyətinə diqqət göstərməyi məsləhət gördü. Dostlarından aldığı maliyyə vəsaiti hesabına bir il müddətinə fasiləsiz yazmağa başladı.Nelle Harper Lee Alabama Academy of Honor: Alabama Department of Archives and History (2001). Retrieved on November 13, 2007.

Əlyazmasının ilkin versiyasını tamamladıqdan sonra onu Lippinkotta təqdim etdi. Bu zaman "Təsbeh ağacının altında" əsəri Tey Honof kimi tanınan 50–60 yaş arasında veteran redaktor Teresa von Honof Torreyin qarşısına çıxır. Honof əsərdən təsirlənir. Daha sonra bir müsahibəsində əsər haqqında belə qeyd etmişdi: "Əsərin hər bir cümləsində həqiqi yazarın qığılcımı hiss olunur".Mahler, Jonathan (12 July 2015). "The Invisible Hand Behind Harper Lee’s ‘To Kill a Mockingbird’" . The New York Times. Lakin Honofunda gördüyü kimi əlyazma çap edilmək üçün uyğun deyildi. Özünün də qeyd etdiyi kimi "əsər romandan daha çox lətifələr toplusunu xatırladırdı". Növbəti iki il ərzində o, Harper Liyə kitab tamamlanana və "Bülbülü öldürmək" adını alana qədər kömək etdi.

Nəticədə, Li "Bülbülü öldürmək" əsərini yazmağa yarım ildən çox vaxt sərf etdi. Kitab 1960-cı ilin 11 iyulunda nəşr olundu. "Təsbeh ağacının altında" başlığından imtina edərək onu "Attikus" adlandırıldı, lakin Li onun adını yenidən "Bülbülü öldürmək" adı ilə dəyişdi, çünki o, hesab edirdi ki, bu ad hekayədə yalnız bir xarakterin portretinin yaradılmasından kənara çıxdığını əks etdirir.Shields, p. 129. Lippinkottun redaksiya heyəti Liyə məlumat verdi ki, kitabın yalnız bir neçə min nüsxəsi satıla bilər.Shields, p. 14. 1964-cü ildə, Li kitab haqqında fikrini bildirdi: "Mən bu əsəri yazarkən heç bir uğur qazanacağımı düşünməmişdim … Mən bilirdim ki, tənqidçilər məni bu əsəri yazdığıma görə çox tənqid edəcəklər, məcazi mənada onların əllərində tez və mərhəmətli ölümdən qorxurdum, lakin bəzilərinin əsəri sevərək mənə cəsarət verəcəklərinə inanırdım. İctimaiyyətin təşviqi. Mən ümid edirdim, dediyim kimi, lakin gözlədiyimdən çox nəticə əldə etdim, və bəzi hallarda bu mənim qorxduğum həmin o tez və mərhəmətli ölüm kimi qorxulu idi".Lacher, Irene (May 21, 2005). "Harper Lee raises her low profile for a friend; The author of 'To Kill a Mockingbird' shuns fanfare. But for the kin of Gregory Peck", Los Angeles Times, p. E.1 Lakin bunun əksinə Reader's Digest Condensed Books agentliyi kitabı nəşr etdirmək qərarına gəldi və beləcə onun oxucu kütləsi sürətlə artdı.Shields, p. 242. Kitab ilkin nəşrindən sonra heç vaxt nəşr edilməmişdir.Johnson, Casebook p. xii

Süjet xülasəsi Əsərdəki hadisələr Alabama ştatının qədim Meykom şəhərində 1933–35-ci illərdə Böyük böhranın üç ili ərzində baş verir. Əsas qəhrəmanları altı yaşlı Cin Luis Finç (ləqəbi Skot), onun böyük qardaşı Ceremi və onların orta yaşlı vəkil olan dul atası Attikusdur. Cem və Skot hər yay xalasıgildə qalmaq üçün Meykoma səfər edirlər. Bu səfər burada Dill adlı oğlan ilə tanış olurlar. Onlar qonşuluqda yaşayan Artur Redlidən həm qorxurdular, həm də bu şəxs onlara maraqlı gəlirdi. Meykomda yaşayan insanların əksəriyyəti Redlidən danışarkən tərəddüd edirdilər və bir çoxları onu uzun illər tanıyırdı. Uşaqlar öz aralarında onun görünüşünü, necə bir insan olduğunu müzakirə edirdilər və onu evindən çıxartmaq üçün müəyyən fikirlər irəli sürürdülər. Dill ilə iki yay dostluq etdikdən sonra, Skot və Cem Redlinin evinin kənarında bir ağacın altında hədiyyələr tapdılar. Kimsə bu hədiyyələri bura onlar üçün qoyub getmişdi. Sirli Redli bu yollarla uşaqlara bir neçə dəfə sevgisini nümayiş etdirmişdi, lakin özünü heç vaxt göstərmədiyi üçün uşaqlar həmişə məyus olurdular.

Hakim Teylor Attikusa Mayella Evel adlı bir ağdərili qadına təcavüz etməkdə günahlandırılan qaradərili Tom Robinsonu müdafiə etməyi tapşırır. Meykom şəhərinin əksər sakinlərinin etirazına baxmayaraq Attikus Tomu müdafiə etməyi öz üzərinə götürür. Başqa uşaqlar Attikusun hərəkətlərinə görə övladları Cem və Skotu ələ salır və onu "qaraları sevən" adlandırırlar. Skot uşaqlarla mübahisə apararaq atasının tərəfini tuturdu, lakin atası ona bunu etməməyi tapşırmışdı. Attikus Tomu öldürmək istəyən bir qrup şəxslə üzləşir. Lakin Skot, Cem və Dill bu qrupun üzvlərinə hadisəyə Attikus və Tomun perspektivindən nəzər salmağa dəvət etdi və beləcə təhlükənin qarşısı alındı. thumb|Filmin sınaq çəkilişlərinin həyata keçirildiyi yer. Attikus uşaqlarının Tom Robinsonun məhkəməsində iştirak etməsini istəmirdi. Əsas məhkəmə zalında yer olmadığı üçün uşaqlar Rev Sikesin dəvəti ilə məhkəməni rəngli balkondan izlədilər. Attikus bildirdi ki, ittihamçılar Mayella və onun içki düşkünü atası Bob Evel yalan danışırlar. Həmçinin aydın oldu ki, yaşadığı cəmiyyətdə heç bir yaxın dostu olmayan Mayella Tomu yoldan çıxarmaq üçün nalayiq hərəkətlər edib, atası bunu görüb və onu vurub. Tomun günahsız olduğuna dair əhəmiyyətli faktlara baxmayaraq, hakim heyəti onu həbs edir. Talesiz Tom həbsxanadan qaçmaq istəyərkən öldürülür. Bu zaman Cemin və Attikusun dünyadakı ədalətə qarşı inancı sarsılır.

Tomun həbs edilməsinə baxmayaraq Bob Evel məhkəmədə baş verən hadisələrin nəticəsində tənqir olundu, Attikus "Evelin bu hərəkətinin məhkəmənin etibarını son dərəcə məhv etdiyini" bildirdi.Lee, p. 249. Evel Attikusdan qisas alacağına and içdi, hakimin evinə girməyə və Tom Robinsonun dul arvadını öldürməyə cəhd etdi. Nəhayət, o, gecə Hellouin festivalından evə gələn Cem və Skota hücum etdi. Cem onunla mübarizə apararkən ayağını sındırdı, lakin qaranlıq içindən bir nəfər uşaqları xilas etməyə gəldi. Sirli adam Cemi evə apardı, bu zaman Skot həmin adamın Redli olduğunu anladı.

Şerif Teyt Bob Evelin gecə mübahisə zamanı öldürüldüyünü gördü. Şerif Attikus ilə mübahisə etdi və Evelin öldürülməsində Cem və Redlini şübhəli bildi. Şerif yalandan Evelin özünü öldürdüyünü uydurur və Attikus sonunda şerifin dedikləri ilə razılaşır. Redli Skotdan onu evə kimi ötürməsini xahiş edir, Skot onunla sağollaşdıqdan sonra Redli yenidən yoxa çıxır. Redlinin evinin önündə dayanan Skot həyata Redlinin perspektivindən baxır və təəssüf edir ki, onlar heç vaxt Redlinin hədiyyələrinə görə ona təşəkkür etməyiblər.

Skot sonra evə qayıdır, bir müddət Attikus ilə Cemin otağında qalırlar. Tezliklə Attikus onu yatağına aparır və yenidən Cemin yanına qayıdır.

Avtobioqrafik elementləri Li bildirib ki, "Bülbülü öldürmək" romanı avtobioqrafik əsər deyil, bu əsər müəllifin "bildiyi və həqiqətləri əks etdirdiyi mövzular haqqında yazdığı" bir romandır."Harper Lee," in American Decades. Gale Research, 1998. Buna baxmayaraq, əsərdə Linin uşaqlıqdan tanıdığı bir neçə adam və şahidi olduğu bir sıra hadisələr əks etdirilmişdir. Linin atası Amasa Koleman Li əsərdəki obraz Attikus Finç kimi vəkil olmuşdur və 1919-cu ildə qətldə ittiham olunan iki qaradərili şəxsi müdafiə etmişdi. Lakin bu şəxslər məhbus olunduqdan sonra asıldılar və öldürüldülər, beləcə, atası bir daha öz üzərinə cinayət işi götürmədi.Shields, p. 120–121. Linin atası həmçinin redaktor idi və Monrovill qəzetinin naşiri kimi fəaliyyət göstərirdi. Attikusa nisbətən irqi-ayrıseçkiliyə qarşı daha çox mübarizə aparmasına baxmayaraq, sonradan getdikçə liberal olmuşdur.Shields, p. 122–125. Əsərdə Skot obrazının anası o, uşaq olarkən vəfat etməsinə baxmayaraq Linin anası Frankes Kunniqham Finç onun 25 yaşı olarkən vəfat etmişdi. Anası zehni və emosional olaraq əsəbiləşən sinir pozğunluğuna meyilli idi.Shields, p. 40–41. Linin böyük qardaşı Edvin əsərdə Cem obrazının yaradılmasına səbəb oldu.