thumb|Panama sənədlərində qeyd olunan ölkələr

Panama sənədləri () — Panamanın Mossack Fonseca hüquq firmasının 214.488 ofşor hesabından sızmış 11.5 milyon gizli sənəd. Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir.

Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var. Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir.

Sızmadan aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 "balıqqulağı" (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.

İstinadlar

Kateqoriya:Araşdırmaçı jurnalistika Kateqoriya:Çirkli pulların yuyulması Kateqoriya:Maliyyə saxtakarlığı Kateqoriya:Rüşvət qalmaqalları Kateqoriya:Xəbər sızıntıları Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Hökumət