Bassas da İndiya adaları () — Hind okeanında yaşayışı olmayan adalar.

Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir.

Coğrafiya thumb|left|250px|Bassas da İndiya adaları Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində, Avropa adasından 80 km aralıda qərarlaşır. Adaların sahəsi 0,2 km²-dir. Sahil xətdinin uzunluğu isə 35,2 km-dir.

Ada öz növbəsində bir su altı dağdır ki, onun hündürlüyü 3000 metrdir. Güclü qabarmalar zamanı adalar tamamən suyun altında qalır. Bu səbəbdən burada çoxlu sayda gəmi qəzaları baş verir. İndidə burada çoxlu gəmi qalıqlarını müşahidə etmək olur. Adaların ən hündür nöqtəsi 2.4 metrdir. minimal dərinlik Hind okeanının səviyyəsidir.

Adaların iqlimi tropikdir. Siklonlar adi halldır.

Tarixi Adalar XVI əsrdə portuqal səyyahlar tərəfindən kəşf edillmişdir. Fransanın isə idarəsinə 1897-cu ildən keçmişdir.

Adalar 1897-ci ildə Fransanın müliyyəti elan edilmiş və 1968-ci ildə isə xüsusi komissarın rəhbərliyinə verilmişdir. Rəhbərlik Reyunyonda yerləşir.

İqtisadiyyat Adalarda liman yoxdur. Burada hansısa təsərrüfat işləri aparılmır.

Mənbə

Kateqoriya:Afrikada mübahisəli ərazilər Kateqoriya:Eparse adaları Kateqoriya:Kimsəsiz adalar Kateqoriya:Hind okeanının yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq