thumb|300px|Şəklin ortasında Lofn krateri yerləşir. Yuxarı sol küncdə Adlinda çoxqatlı strukturu görünür. Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir. Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır.
Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir. Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.
İstinadlar
Kateqoriya:Kallistonun zərbə kraterləri