Çizkeyk () — bir və ya daha çox təbəqədən ibarət olan bir şirniyyat. Əsas və ən qalın olan təbəqə yumşaq və təzə pendir, yumurta və şəkərin qarışığından ibarətdir. Alt təbəqələr isə peçenye qırıqları, qraham krekerlərindən hazırlanır. Çizkeyk əsasən şəkər, meyvə, krem, fındıq və peçenye ilə bəzədilir. Çizkeyk çiyələk, balqabaq, şokolad kimi məhsullarla bişirilə bilər.
Tarixi Çizkeyk qədim Yunanıstanda olduqca məşhur idi.Dana Bovbjerg, Jeremy Iggers, The Joy of Cheesecake, Barron's Educational Series, 1989 Çizkeykin ən qədim təsdiqlənməsi qədim yunan həkimi Aeqiusun yazılarında qeydə alınmışdır.Callimachus, ap. Athen, xiv. p. 643, eπλακουντοποιικός , Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus Ən qədim çizkeyk reseptləri Cato the Elder's De Agri Cultura adlı kitabda yazılmışdır.Cato the Elder, De Agri Cultura, paragraphs 75 and 76. Available in English on-line at: University of Chicago: Penelope (Note: The "leaves" mentioned in Cato's recipe are bay leaves.) Orada libum və plasenta adlı çizkeyk reseptləri mövcud idi. Plasenta müasir çizkeyk kimi hazırlanırdı.
İstinadlar
Kateqoriya:ABŞ tortları Kateqoriya:Pendir xörəkləri Kateqoriya:Konfetlər Kateqoriya:ABŞ desertləri Kateqoriya:Yemək növləri Kateqoriya:İngiltərə mətbəxi Kateqoriya:İsrail mətbəxi Kateqoriya:Çörək məmulatları Kateqoriya:Yəhudi çörək məmulatları Kateqoriya:Qədim Yunanıstan mətbəxi