Venom () — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar.

Süjet xətti

Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir. Xəlvətcə laboratoriyaya daxil olan Brok, eksperiment qurbanını xilas etməyə çalışan zaman təsadüfən özü simbiotla təmasa girir. Həmin andan onun qulağına qəribə səslər gəlir, onun orqanizmində qeyri-adi dəyişikliklər baş verir. Yadplanetli ilə “dil tapan” Brok, bir müddətdən sonra ona nəsib olmuş supergücdən yararlanaraq şəhərdəki kriminal dairələrə, qatillərə, oğrulara, manyaklara, meydan oxuyur.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu illərin döyüş filmləri Kateqoriya:2010-cu illərin superqəhrəman filmləri Kateqoriya:2010-cu illərin elmi fantastika filmləri Kateqoriya:2018-ci ilin qorxu filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:San-Fransisko haqqında filmlər Kateqoriya:Atlantada çəkilmiş filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:2018-ci ilin 3D filmləri Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:Yadplanetlilər haqqında filmlər Kateqoriya:2018-ci ilin elmi fantastika döyüş filmləri Kateqoriya:Avi Aradın prodüseri olduğu filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Jurnalistlər haqqında filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:2010-cu illərin bədheybət filmləri Kateqoriya:Film spin-offları Kateqoriya:2018-ci il haqqında filmlər Kateqoriya:Dronlar haqqında filmlər Kateqoriya:2019-cu il haqqında filmlər