Anderson Arroyo Kordoba (; 27 sentyabr 1999, Kibdo, Kolumbiya) — Liverpul klubundan icarə əsasında Malyorka klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kolumbiya futbolçusu.
Klub karyerası Arroyo peşəkar karyerasına Fortaleza Sipakira klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 19 noyabr 2015-ci ildə 16 yaşı olarkən B Primyerasında Deportivo Pereyra klubuna qarşı oyunda etmişdir. O, komandasının elitaya yüksəlməsində böyük pay sahibi olmuşdur. O, Mustanq Kubokunda debütünü 18 fevral 2016-cı ildə Deportivo Kali klubuna qarşı oyunda etmişdir.
2018-ci ilin fevral ayında Arroyo Liverpul klubu ilə müqavilə imzalamış və 18 aylığına Malyorka klubuna icarəyə verilmişdir.
Milli karyerası 2015-ci ildə Arroyo Kolumbiyanın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Arroyo Peru, Uruqvay, Argentina, Ekvador, Paraqvay, Venesuela və iki dəfə Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
2017-ci ildə Arroyo Kolumbiyanın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Arroyo Paraqvay, Çili, Argentina, Venesuela, Uruqvay, Ekvador və iki dəfə Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
İstinadlar
Xarici keçidlər Статистика на soccerway
Arroyo Arroyo Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:Legioner Kolumbiya futbolçuları Kateqoriya:Kolumbiyanın kişi futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rubin Kazan FK futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Gent FK futbolçuları