Benzotriflüorid [(triflüormetil)benzol, α,α,α-triflüortoluol]-rəngsiz mayedir;əksər üzvi həlledicilərdə yaxşı həll olur, 250C-də 100 q suda 0,045 q həll olur.
Kimyəvi xassələri Temperatura, oksidləşdiricilərin təsirinə və qələvi məhlullarına qarşı davamlıdır. Triflüortsiklo-heksanadək hidrogenləşir. Qüvvətli turşuların təsirindən benzoy turşusuna qədər hidroliz olunur. Benzol həlqəsinin meta- vəziyyətində elektrofil əvəzetmə reaksiyasına daxil olur. Alınması Sənayedə benzotriflüorid susuz HF-un C6H5CCl3-ə təsirindən alırlar. Tətbiqi Benzotriflüorid dərman preparatlarının, pestisidlərin, boyaların, optiki ağardıcıların və s. istehsalında tətbiq edilir. Mənbə Бензотрифторид. Получение, свойства, применение, M., 1981.
Kateqoriya:Fenil birləşmələri