Vermişel — spagettiyə bənzər ənənəvi makaron növlərindən biri. İtalyan vermişeli spagettiyə nisbətən qalın, amerikan vermişeli isə spagettiyə nisbətən incədir.
Tarixi 14-cü əsrdə İtaliyanın müxtəlif bölgələrində uzun makaron növləri müxtəlif adlarla adlanırdı. Bunu Barnabas de Reatinisin"Compendium de naturis et proprietatibus alimentorum" (1938) kitabında da görmək olar. O burada Tuskan vermişelinin Bolonyada orati, Venesiyada minutelli, Mantuada pancardelle adlandığını qeyd edir.
İlk vermişel resepti "De arte Coquinaria per vermicelli e maccaroni siciliani" ("Siciliya makaronu və vermişelin bişirilmə sənəti") kitabında yazılmışdır.
Makaron növləri Qalınlığının ölçüsünə görə müxtəlif makaron növləri vardır. Makaron adı Qalınlıq Vermişel diametri 2.08 və 2.14 mm arasında olur. Spagetti diametri 1.92 və 2.00 mm arasında olur. Vermiçellinidiametri 1.75 və 1.80 mm arasında dəyişir. Fidelini diametri 1.37 və 1.47 mm arasında yerləşir. Kapellini (və ya "capelli d'angelo"—mələk saçı) diametri 0.8 və 0.9 mm arasında dəyişir.
İstinadlar
Kateqoriya:İtaliya mətbəxi Kateqoriya:Makaron məhsulları Kateqoriya:Qida məhsulları