Hadisələr Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir. Ağstafa su anbarının istismara verilməsi. 14 iyul - Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın I katibi vəzifəsinə seçilməsi. Şirvan Dövlət Qoruğunun yaradılması. Abşeron yasaqlığının təşkil olunması. Kür-Araz ovalığının Cənub-Şərqi Şirvan düzənliyində (Bəndovan Dövlət Təbiət Yasaqlığının əsasında,1961) Şirvan Dövlət Təbiət Qoruğunun yaradılması. Lerik və Yardımlı rayonları ərazisində Zuvand Dövlət Təbiət Yasaqlığının yaradılması. İsmayıllı rayonu ərazisində İsmayıllı Dövlət Təbiət Yasaqlığının yaradılması. Qubadlı rayonu ərazisində Qubadlı Dövlət Təbiət Yasaqlığının yaradılması. Ordubad və Culfa rayonları ərazisində Ordubad Dövlət Təbiət Yasaqlığının yaradılması. Bakı poladtökmı zavodunun işə salınması.
Doğumlar 11 fevral – Cennifer Eniston, Amerika aktrisası. 25 aprel – Albert Aqarunov, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı. 14 may – Keyt Blanşet, avstraliyalı kinoaktrisa. 25 may – Enn Heç, amerikalı aktrisa. 26 may – Anjelika Varum, rus müğənnisi. 14 iyun — Elroy Çester, 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan bir dustaq. 23 iyun – Achinoam Nini, müğənni. 7 avqust – Aleksey Sultanov, XX əsrin ən görkəmli pianoçularından biri, SSRİ-də və ABŞ-də böyük sənətkar kimi məşhur idi. 21 sentyabr — İlham Abbasov, Azərbaycan idmançısı. 25 sentyabr – Ketrin Zeta-Cons, Böyük Britaniya aktrisası. 24 oktyabr – Adela Noriega, meksikalı aktrisa 19 dekabr – Əzizə Mustafazadə, Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. 28 dekabr – Linus Torvalds, finlandiyalı proqram təminatı mühəndisi.
Ölümlər 10 iyul – Cəbrayıl Əzimov, rəssam
İstinadlar