() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Təsviri Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır.

Yayılması Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir. Azərbaycanda Kiçik Qafqazda Şuşaya qədər və Cənub bölgəsində (Zuvand yaylası, Hirkan MP, Viləşçay və Astaraçay ovalığı) müşahidə edilmişdir. 1866-cı ildə bir quş muzey kolleksiyası üçün Lənkəran çayının mənsəbində vurulmuşdur. Yaşayış yeri və həyat tərzi: Enliyarpaqlı meşələrdə yuvalayır. Qidalanmaq üçün əkin sahələrinə, otlaq və biçənəklərə uçur. Qış aylarında yaşayış məntəqələrinə yaxın zibilliklərdə, kolluqlarda və su-bataqlıq sahələrinə yaxın yerlərdə yem axtarır. Qidasını əsasən leş, kiçik və orta ölçülü məməlilər və quşlar təşkil edir.

Həyat tərzi Enliyarpaqlı meşələrdə yuvalayır. Qidalanmaq üçün əkin sahələrinə, otlaq və biçənəklərə uçur. Qış aylarında yaşayış məntəqələrinə yaxın zibilliklərdə, kolluqlarda və su-bataqlıq sahələrinə yaxın yerlərdə yem axtarır. Qidasını əsasən leş, kiçik və orta ölçülü məməlilər və quşlar təşkil edir.

Sayı Meşələrin qırılması (yuvalama yerlərinin itirilməsi) və kənd təsərrüfatı zərərvericilərinə qarşı istifadə olunan kimyəvi maddələrlə zəhərlənmələrlə sayı kəskin azalmışdır. Dünya populyasiyası 21,000 – 25,500 cüt qiymətləndirilir. Azərbyacanda 1968-ci ildə Lerikdə yuvası qeydə alınmışdır. Hazırda qışlama və köç aylarında tək-tək fərdlər müşahidə. 2004-cü ilin məlumatlarına əsasən Azərbaycanda yuvalama populyasiyası 0-2 cüt olaraq qeyd edilmişdir. Zəif öyrənildiyindən hazırkı populyasiyası barədə məlumat yoxdur. Dünya miqyasında sayı azalmaqda olan növdür.

Qorunması üçün qəbul edilmiş tədbirlər AB-nin Quş direktivinin 1-ci Əlavəsinə daxil edilmişdir. Avropa mühafizə stutusu var (Declining-sayı azalan). CİTES, Bern və Bonn konvensiyalarına daxil edilmişdir. Hirkan Milli Parkında və Qızılağac Dövlət Təbiət Qoruğunda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Növün populyasıyasının ətraflı öyrənilməsi, yuvalama ərazilərində hündür ağacların qorunub saxlanılması, ona yaxın yerlərdə pestisidlərdən istifadənin dayandırılması, ictimai təbliğat işlərinin genişləndirilməsi.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Avrasiya quşları Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar