thumb|300px|Cenevrədə BMT-nin binası qarşısında flaqştoklar Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır.
Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır.
Rekord hündürlük 23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır . Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib..
Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur Former record: . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub.
200px|left|thumb|Bakı şəhərində olan flaqştok, Azərbaycan Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb . Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur . 1 sentyabr 2010-cu ildə Bakı buxtasının cənub-şərqində Bayraq meydanının açılışı oldu. Meydan üçün seçilmiş yer Dövlət bayrağını şəhərin hər yerindən görməyə imkan verir. thumb|200px|Londonda Kew Gardens botanika bağında flaqştok (1959-2007-ci illər) Azərbaycanın Dövlət bayrağı hələ 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası - ADR hökuməti (1918-1920-ci illər) tərəfindən qəbul edilmişdi (1991-ci ildən yenidən müstəqil Azərbaycanın dövlət bayrağıdır), həmin tarixi hadisədən 90 il sonra ölkədə 9 noyabr - Dövlət Bayrağı günü elan edildi.
2010-cu ilə qədər isə dünyanın ən hündür flaqştoku Türkmənistanın Baş Bayrağı olub (hündürlüyü 133 m)..
Hazırda öz hündürlüyünə gğrə dünyada 4-cü yeri Şimali Koreyada Kicn-don kəndində olan flaqştok (hündürlüyü 160 m, 520 fut) tutur. Bu flaqştok əslində başəna bayraq taxılmış radioqüllədir. Rusiyada Bir neçə Flaqştok vardır ki, onlardan ən yüksəyi Ostankino teleqülləsidir.
Birləşmiş Krallıqda olan ən yüksək bayraq dirəyi 1959-cu ildən 2013-cü ilədək :en:Kew Gardensdə olub, həmin bayraq dirəyi Kanadanın Douglas-fir ağacından hazırlanmış və hündürlüyü 68.5 m (225 fut) olmuşdur . Hazırda Amerika Birləşmiş Ştatlarında ən yüksəkdə olan bayraq 400 fut (120 m) hündürlüyə malik flaqştokun başında yellənir. Bu flaqştok 2014-cü ildə hazırlanıb, Viskonsiya ştatında Şeboyqan şəhərində yerləşir. Bu flaqştok yüngül küləkli havada 220 funt ağırlığında, güclü külək şəraitində isə 350 funt ağırlığında bayrağı yellədə bilir .
Dünyanın ən hündür-rekordçu flaqştokları Trident Support (ABŞ) kompaniyası tərəfindən quraşdırılıb. Düşənbə (Tacikistan) şəhərində qurulmuş 541 fut hündürlüyündə flaqştok, Bakı (Azərbaycan) şəhərində olan flaqştok - hündürlüyü 532 fut; Aşqabad (Türkmənistan) - 436 fut; Aqaba (İordaniya) - 433 fut; Amman (İordaniya) - 417 fut; və Əbu-Dabi (BƏƏ) - 404 fut flaqştokları Trident Support kompaniyasının məhsuludur https://www.nationalgeographic.org/projects/out-of-eden-walk/articles/2017-09-looking-afghanistan-turn-left-enormous-flagpole/?sf111671937=1# !. Afrikada (Anqola və Cənubi Afrika) və Hindistanda olan ən yüksək bayraq dirəkləri də Trident şirkəti tərəfindən quraşdırılıb.
Adı / Yeri Şəhər Ölkə Hündürlük (m) İl Bayrağın sahəsi (m²) Bayrağın eni (m) Bayrağın uzunluğu (m) Bayrağın çəkisi (kq) Şəkli İki ibadətgahın keşikçisi Meydanı Ciddə Səudiyyə Ərabistanı 170 2014 1633,5 33 49,5 570 95pxDövlət Bayraq Meydanı Düşənbə Tacikistan 165 2011 1800 30 60 420 Dövlət Bayraq Meydanı Bakı Azərbaycan 162 2010 2450 35 70 350 95px Kicn-don Koreya Xalq-Demokratik Respublikası 160 1980-е 270 95px Türkmənistanın əsas bayrağı Aşqabad Türkmənistan 133 2008 1837,5 35 52,5 420 95px Aqaba Flaqştoku Aqaba İordaniya 130 2004 1800 30 60 95px Pahadan Əmman İordaniya 126,8 2003 1800 30 60 95px Əbu-Dabi BƏƏ 122 2001 800 20 40 95px Dövlət Simvolları Meydanı Astana Qazaxıstan 111 2009 450 15 30 Türkmənistanın Dövlət Bayrağı Avaza Türkmənistan 100 2013 600 20 30 Daeseong-dong Cənubi Koreya 98,4 1980-е 130 95px Mərdəka Kuala-Lumpur Malayziya 95 1989 95pxQırğızıstanın Dğvlət Bayrağı Boz-Boltok dağı Qırğızıstan 75 2012 337,5 15 22,5 50 Dövlət Bayraq Meydanı Belarus Minsk Belarus 70 2013 98 7 14 25 95pxPardauqava Damba Latviya Riqa Latviya 60 2017 ~128 ~8 ~16 95pxVolqoqrad Mərkəzi SahilVolqoqradRusiya50 201795x95pxOktyabrın 60 illiyi meydanında Park, Bolşaya Qluşisa kəndi, SamaraBolşaya Qluşisa kəndi, Samara vilayətiRusiya352017 30310
İstinadlar
Xarici keçidlər https://trident-support.com/
Kateqoriya:Bayraqlar