Pak İl-çol (26 mart 1996) — Şimali Koreyalı xizək yürüşçüsü. Pak İl-çol Şimali Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Pak İl-çol birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. İl-çol 43:43.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 107-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında xizəkçilər