Altunsaç (; ) — Qurban Səid təxəllüsü ilə yazılmış 2-ci əsər.

Yusif Vəzir Çəmənzəminli Azərbaycan Yazıçılar İttifaqından çıxarılmazdan 3–4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də Azərfilmə vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilm"in direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.

Məzmun

Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin "Altunsaç" romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur.

Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır.

Nəşr və tərcümə Əsər ilk dəfə 1938-ci ildə Zinnen nəşriyyatı tərəfindən Vyanada nəşr olunub.Elfriede, Bnin Ehrenfels von Bodmershof, Leo Noussimbaum: Das Mädchen vom Goldenen Horn. Zinnen-Verl., Wien [usw.] 1. Januar 1938 (worldcat.org [abgerufen am 30. April 2017])

Roman Çərkəz Qurbanlı tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə olunub, 2018-ci ildə Bakıda Bakı Kitab Klubunda 272 səhifədə, 100 tirajla çap edilib.

İstinadlar

Həmçinin bax Əli və Nino

Xarici keçidlər

Əsəri oxu