Henri Fildinq — (22 aprel 1707, Somerset, İngiltərə – 8 oktyabr 1754, Lissabon, Portuqaliya) ingilis yazıçıdır. Yaradıcılıq fəaliyyətinin əksər hissəsini pyeslər təşkil etsə də, o daha çox, 1749-cu ildə nəşr olunmuş, klassik dünya ədəbiyyatının ən ilk nümunələrindən biri olan "Tom Cons" adlı irihəcmli romanı ilə tanınmışdır. Yazıçı, 1754-cü ilin 8 oktyabrında 47 yaşında, Portuqaliyanın paytaxtı Lissabonda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:İngilis yazıçılar Kateqoriya:Böyük Britaniya esseistləri Kateqoriya:İngiltərə xristianları