İvlin Vo () (tam adı: Artur İvlin Con Vo, ; ) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır.
Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb. Gənc yaşlarında şəhərin məşhur aristokratları ilə dostluq edib. 1930-cu illərdə qəzet müxbiri kimi tez-tez səyahətlər edib. 1935-ci ildə İtaliyanın Efiopiyanı işğal etdiyi dövrdə orada jurnalist kimi fəaliyyət göstərmişdi. İkinci dünya müharibəsi illərində (1939-1945) Britaniya ordusunda əvvəlcə hərbi dəniz, daha sonra isə quru qoşunlarında xidmət etmişdir. O, bədii əsərlərində gündəlik həyatda qarşılaşdığı hadisələrin və insanların yumoristik cəhətlərini təsvir edirdi. Vo 1950-ci illərdə əziyyət çəkdiyi sinir pozğunluğunu da öz əsərlərində təsvir etmişdir.
İlk nikahı uğursuzluqla başa çatdıqdan sonra 1930-cu ildə katolik məzhəbinə qulluq etməyə başlayır. Ənənəvi mövqeyinə sadiq qalaraq kilsədə aparılan bütün islahatlara qarşı çıxır. İkinci Vatikan Şurasının islahatları, xüsusilə də, kilsə mərasimlərinin dəyişilməsi onu daha çox narahat edirdi. Bütün bunların hamısı onun dini ənənələrinə qarşı çıxırdı və müharibədən sonrakı illərdə dövlətlərin mədəni səviyyəsi və öz sağlamlığında olan problemlər fəaliyyətinə təsir etdi, lakin o, yenə də yazmağa davam edirdi. Vo cəmiyyət arasında özünü laqeyd bir insan kimi nümayiş etdirsə də, öz dostlarına qarşı son dərəcədə mehriban və qayğıkeş münasibət göstərirdi. 1966-cı ildə ölümündən sonra əsərlərinin süjet xətti əsasında çəkilən film və televiziya proqramları sayəsində yeni oxucu kütləsi əldə etdi. Bunlardan biri də "Braydşedə qayıdış" əsəridir.
Ailəsi thumb|upright|Henri Kokbern, şotlandiyalı hakim, Vonun ulu babalarından biridir. Artur İvlin Con Vo 1903-cü ildə Artur Vo və Katerina Şarlotta Rabanın ailəsində doğulmuşdur. Ailənin kökləri ingilislərə, şotlandlara, uelslilərə, irlandlara və hugenotlara gedib çıxır. Tanınmış şotlandiyalı vəkil və hakim Lord Kokbern (1779-1854), 56 il Ədalətli Həyat Güvənlik Cəmiyyətində () çalışan və aktuar elminin qabaqcıllarından olan Vilyam Morqan (1750-1833) və təbiət elmləri üzrə alim Filip Henri Qose (1810-1888) kimi bir sıra görkəmli şəxslər də bu ailənin üzvü olmuşdur.Waugh, A Little Learning, pp. 3–10 Ailənin qədim nümayəndələrindən biri olan Aleksandr Vo (1754-1827) Şotlandiya kilsəsində tanınmış din xadimi idi və London Missioner Cəmiyyətinin yaranmasına yardım etmişdir. O, həmçinin, öz dövrünün tanınmış Nonkonformist təbliğatçılarından biri idi.Stannard, Vol I p. 12 Nəvəsi Aleksandr Vo (1840-1906) cərrah kimi fəaliyyət göstərirdi və öz həyat yoldaşı və uşaqlarına qarşı kifayət qədər sərt rəftar edirdi. Buna görə də onu “amansız” bir insan kimi tanıyırdılar. Böyük oğlan övladı olan Artur Vo 1866-cı ildə doğulmuşdur.Hastings, p. 3
Şerborn məktəbində və Oksforddakı Yeni kollecdə təhsil aldıqdan sonra Artur Vo naşir və ədəbi tənqidçi kimi karyerasına başladı. 1902-ci ildə Çarlz Dikkensin əsərlərinin nəşr olunduğu Chapman and Hall nəşriyyatının idarəedici direktoru olmuşdur.Stannard, Vol. I pp. 22–25 1893-cü ildə Katerina Raban (1870-1954)Stannard, Vol. II p. 357 ilə ailə həyatı qurmuşdur; onların ilk oğlan övladı Aleksandr Raban Vo (həmçinin Alek Vo kimi tanınırdı) 1898-ci ilin iyul ayının 8-də anadan olmuşdur. Alek Vo daha sonralar roman yazmağa başlamışdır. Onun doğulduğu zaman ailəsi Londonun şimalında Hillfild Rodda Vest Hampstiddə yaşayırdı. 1903-cü il oktyabr ayının 28-də onların ikinci oğlan övladı dünyaya gəldi.Note in Catherine Waugh diary, quoted by Hastings, p. 17 1904-cü il yanvar ayının 7-də uşaq Artur İvlin Con Vo adlandırıldı, lakin öz ailəsində və yaxın ətrafında həmişə İvlin kimi tanınırdı.Patey, p. 4
Uşaqlıq illəri Qolders Qrin və Het Mont 1907-ci ildə Vonun ailəsi Hillfild Rodu tərk edərək Arturun Qolders Qrinə yaxın ərazidə inşa etdiyi evə köçürlər.Hastings, pp. 19–20 Qolders Qrin südçülük təsərrüfatı, bazar meydançalarının olduğu bir ərazi idi.Waugh, A Little Learning, pp. 34–35 İvlin ilk təhsilini evdə anasından almışdır, onun anası ilə çox yaxın münasibəti var idi; atası Artur Vo ilə münasibətləri tamamilə fərqli idi, o, daha çox öz böyük oğlu ilə münasibət qururdu, buna görə də İvlin özünü atılmış kimi hiss edirdi.Stannard, Vol I pp. 34–35Hastings, pp. 27–28 1910-cu il sentyabr ayının 10-da İvlin Het Mont hazırlıq məktəbinin şagirdi oldu.Stannard, Vol. I p. 40 O vaxtdan etibarən, yazıçılığa maraq göstərməyə başladı; “At yarışının lənəti” adlı ilk hekayəsinə də burada yazmağa başlamış və tamamlamışdır. Vo uşaqlığının altı ilini Het Mont məktəbində keçirmişdir; öz düşüncələrinə görə o, dərslərinin öhdəsindən gəlməyi bacaran “olduqca ağıllı balaca oğlan” idi.Waugh, A Little Learning, p. 86 Fiziki cəhətdən dava etməyə meyilli olan İvlin özündən zəif oğlan uşaqlarına sataşmağı xoşlayırdı; onun qurbanları arasında gələcəyin fotoqrafı olan Sesil Biton da var idi, onun sözlərinə görə bu hadisələri heç vaxt unutmayacaqdı.Hastings, p. 44
Məktəbdən kənarda, İvlin və qonşuluqdakı digər uşaqlar onun yazdığı kiçik hekayələri canlandıraraq müxtəlif oyunlar oynayırdılar.Hastings, pp. 30–32 Almanların Britaniyanı işğal etməyə hazırlaşdıqları bir vaxtda ksenofobiyanın təsirləri altında Vo öz dostlarını “Avtomat qoşunları” qrupunda bölürdü, onlar özlərinə qala inşa etmişdilər. Qalanın ətrafında manevrlər edirdilər və özlərinin geyim formaları vardı.Hastings, p. 33 1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan sonra Vo və Het Mont məktəbinin oğlanlardan ibarət əsgər qruplarından olan digər uşaqlar müharibə ofisində poçtalyon kimi işləyirdilər; İvlin Lord Kitçeneri görmək ümidi ilə müharibə ofisinə qoşulmaq üçün çalışırdı, lakin heç vaxt bu ofisə qoşulmadı.Stannard, Vol I pp. 42–47
Onlar ailəvi olaraq tətillərini Midsomer Nortonda Vonun xalalarıgildə neft lampaları ilə işıqlandırılan evlərdə keçirirdilər, Vo uzun illər sonra həmin günləri çox böyük zövqlə xatırlayırdı.Waugh, A Little Learning, pp. 44–46 Midsomer Nortonda qalarkən Vo anqlikan kilsələrinin ritualları ilə dərindən maraqlanırdı, daha sonra isə bu onun həyatının bütün mərhələlərinə təsir etdi və o, sonralar yerli anqlikan kilsəsində ministrant kimi fəaliyyət göstərdi. Het mont məktəbində oxuduğu son il ərzində Vo Cynic adlı məktəb jurnalını hazırlamış və redaktə etmişdi.
Lansinq thumb|left|Lansinq kolleci kapellası Əvvəllər atası kimi Alek Vo Şerbornda məktəbə getdi və ailəsi fikirləşirdi ki, sonralar İvlin də bu məktəbdə təhsilini davam etdirə bilər, lakin 1915-ci ildə homoseksual münasibətlər ilə bağlı məsələ gündəmə gəldikdən sonra Alekə məktəbi tərk etmək tapşırıldı. Alek zabit kimi hərbi təhsil almaq üçün Şerborndan getdi və komissiyanın təsdiqini gözləyərkən məktəb həyatı haqqında olan “Gəncliyin tutğunluğu” (1917) adlı əsərini yazdı, əsərdə Şerbornda bir məktəbdə homoseksual dostluq münasibətlərindən bəhs edilir. Alekin romanının səbəb olduğu ictimai sensasiyalar məktəbdə narahatlıq doğurdu və bu İvlinin məktəbə getməsinə mane oldu. Vo 1917-ci ilin may ayında Lansinqdə bir kollecə göndərildi, onun fikrincə, bu aşağı səviyyəli bir məktəb idi.
Vo sonunda Lansinqə qarşı ürəyindəki nifrəti özündən uzaqlaşdıraraq orada məskunlaşdı və burada fəaliyyət göstərməyə və şöhrət qazanmağa başladı."WAUGH, EVELYN (1903–1966)". English Heritage. Archived from the original on 20 August 2014. Retrieved 4 August 2012. 1917-ci ilin noyabr ayında onun “Kubizmin müdafiəsi” adlı məqaləsi "Rəsm və dizayn" incəsənət jurnalında qəbul edilmiş və nəşr olunmuşdur; bu onun ilk nəşr məqaləsi idi.Gallager (ed.), pp. 6–8 Məktəbin daxilində o, təxribatçılıqla məşğul olmağa başladı, məktəbin kadet korpusunu istehza edirdi.BBC Radio,https://www.bbc.co.uk/programmes/b01qmbsc Müharibənin sonunda məktəbə geri dönən gənc müəllimlərdən biri olan JF Roksbörq Vonu yazıçılıqla məşğul olmağa və özünə böyük gələcək qurmağa sövq etdi.Waugh, A Little Learning, pp. 160–61"Portrait of a Head", first published in The Observer, 17 October 1965, reprinted in Gallagher (ed.), pp. 638–39 Digər bir mentor Frankis Kris Voya xəttatlıq və dekorativ dizayn sənətlərini öyrətdi; gənc oğlanın əsərlərinin bəziləri Chapman və Hall nəşriyyatı tərəfindən kitabların üz qabıqlarında istifadə edilirdi.Sykes, p. 25
Lansinqdə oxuduğu sonrakı illərində Vo bir evin kapitanı, məktəb jurnalının redaktoru və müzakirə olunan cəmiyyətin başçısı kimi uğur qazanmış və çoxsaylı sənət və ədəbiyyat mükafatları qazanmışdı. O, həmçinin, bir sıra dini inanclara qarşı çıxırdı.Sykes, pp. 32–33 Məktəbdə olduğu illərdə adsız bir roman yazmağa başladı, lakin 5000 sözü tamamladıqdan sonra romanı yazmaqdan imtina etdi.Slater (ed.), pp. xvi and 535–47 Oksfordda Hertford Kollecində Müasir Tarix fənnini oxumaq üçün təqaüd qazanaraq məktəb təhsilini başa vurdu və 1921-ci ilin dekabrında Lansinqi tərk etdi.Sykes, p. 35
Oksford thumb|Hertford kolleci, Oksford Vo Oksforda 1922-ci ilin yanvar ayında gəldi. O, tezliklə Lansinqdəki köhnə dostlarına yeni həyatının maraqlı tərəfləri haqqında yazırdı; Tom Driberqə məlumat verdi: “Mən burada heç bir iş görmürəm və bundan sonra heç vaxt Kapellaya geri dönmərəm”.Amory (ed.), p. 7 İlk iki semestr ərzində o, konvesiyanı təqib etdi; siqaret çəkdi, velosiped aldı və Oksford İttifaqında "Bu Ev qadağaları qəbul edəcək" düşüncəsinə qarşı çıxdı.Stannard, Vol. I pp. 67–68 Vo Oksford jurnalları, Çervel və İsis üçün vahid müzakirələr haqqında yazdı və İsis üçün film tənqidçisi kimi çıxış etdi.Waugh, A Little Learning. p. 182Gallagher (ed.), p. 640 Həmçinin Hertford kollecinin müzakirə cəmiyyətinin katibi oldu. Bütün bunlar haqqında Driberqə məlumat verirdi.Amory (ed.), p. 10 Vo təqaüdünü gələcək akademik müvəffəqiyyətləri üçün o qədər də önəmli hesab etməsə də, vacib bir ön imtahan olan "Tarixin keçmişi" fənninin ilk iki semesterində kifayət qədər əziyyət çəkərək uğurlu nəticələr göstərdi.Hastings, p. 85
Oksforda 1922-ci ilin oktyabr ayında gəldi və Etonians Harold Akton və Brian Hovard Vonun Oksford həyatını dəyişdirdi. Akton və Hovard tezliklə Hipokratın klubu adlanan avant-grand dairəsinin (Vo klubun katibi idi) mərkəzinə çevrildilər, onların bədii, sosial və homoseksual dəyərləri Vonu özünə cəlb etmişdi,Stannard, Vol. I pp. 83–85 o, daha sonralar bu sözləri yazırdı: “O, mənim Oksford həyatımın möhürlənmiş hissəsi idi”.Waugh, A Little Learning, pp. 179–81 O, içkiyə aludə oldu və ard-arda bir sıra homoseksual sevgi münasibətlərinə başladı, Riçard Pares və Alastair Qraham ilə daha möhkəm sevgi münasibətləri yaşamışdı.Stannard, Vol. I p. 90 O, universitet jurnalları üçün rəylər və qısa hekəyələr yazmağa davam edirdi və istedadlı bir qrafik rəssam kimi tanınmağa başladı, lakin formal araşdırmalarını dayandırmalı oldu. Bu laqeydlik Vo və Hertford kollecinin dekanı olan tarix müəllimi Krutvel arasında problemlərin yaranmasına gətirib çıxardı. Krutvel ona öz həyat tərzini dəyişərək kollecə laqeyd qalmamağı məsləhət gördüyü zaman özünün də sonralar etiraf etdiyi kimi verdiyi axmaq cavabWaugh, "A Little Learning", p. 175 ikisi arasında münasibətləri daha da pişləşdirdi.Stannard, Vol. I pp. 76–77 Vo Oksfordda oxuyun qutardıqdan sonra belə Krutvel ilə düşmənçilik münasibətlərini davam etdirirdi və ilk vaxtlarda yazdığı romanlarında Krutvelin adını istifadə edərək gülünc və qüsurlu personajları yaradırdı..Sykes, p. 45