Ümumi məlumat 17-ci əsrdə baş verən Qunduz müharibələri, Müqəddəs Lavrenti və daha aşağı Böyük Göllər bölgəsində iqtisadi rifah uğrunda müharibə idi. Müharibələrdə İrokezlər, Huronlar, şimal Alqonkinləri və onların Fransız müttəfiqləri, xəz ticarətini nəzarət altına almağa çalışırdılar. Avropalılar orta əsrlərdən etibarən Rusiya və Skandinaviyadan xəz əldə edirdilər. Bu qəbilələrin hərbi gücü və diplomatik bacarıqları, on yeddinci əsrin sonlarından on səkkizinci əsrin sonlarına doğru Avropa-Hindu əlaqələrində böyük rol oynadı. İrokezlər , torpaqlarını genişləndirmək və xəz ticarətini və Avropa bazarları ilə Qərbi Böyük Göllər bölgəsinin qəbilələri arasındakı ticarəti özəlləşdirməyə çalışırdılar. Onlar 5 Konfederasiyadan -Mohauk, Oneida, Onondaqa, Kayuqa və Senekadan ibarət idi. (Konfederasiya, daha sonra Tuskaroranın 18-ci əsrdə qəbul edildiyindən sonra 6 xalqdan ibarət oldu.) Vaşinqton və Ottavadakı hökumət səlahiyyətliləri, İrokez suverenliyini yalnız fərdi tayfa hökumətləri varlığında gördülər. Suveren Mohauk başçılığındakı İrokez Konfederasiyası, Böyük Göllər bölgəsinin böyük Alqonkin dilində danışan qəbilələrinə qarşı hərəkətə keçdi. İrokezlər, Holland və İngilis ticarət tərəfdaşları tərəfindən silahlandırıldı. Alqonkinlər isə, əsas ticarət ortağı olan Fransızlar tərəfindən dəstəkləndi. Döyüşlər mərhəmətsiz və Şimali Amerika tarixində yaşanan ən qanlı qarşıdurmalardan biri olaraq göstərilir. İrokezlər, Huron, Eri, Suskeannok və Şauni də daxil olmaqla, bir neçə böyük qəbilə Konfederasiyasını yox etdiyində, Şimali Amerika qəbiləsi coğrafiyasını yenidən təşkil etdilər və bölgədə suveren hala gələrək torpaqlarını genişlətdilər. İrokezlər, bəzi şərq qəbilələrini Mississippi çayının qərbinə və ya cənubda Karolinaya doğru sıxışdırırdılar. İrokezlər, Ohayo vadisi torpaqlarını ov ərazisi kimi görərək, təxminən 1670-ci ildən etibarən buraya nəzarət etdilər. Alqonkin və İrokez cəmiyyətləri bu müharibələrdə böyük ölçüdə pozuldu. İrokezlər, İngilislərlə ticarət ortaqlığına girdikdən sonra, ittifaqlar daha sonrakı İngilis genişləməsinin əhəmiyyətli bir parçası oldu.

Müharibənin mənşəyi Fransız səyyah və dənizçisi Jak Kartie 1540-cı illərdəki kəşf gəzintiləri zamanı, Şimali Amerikadakı Yerli Amerikalılar haqqında ilk yazılı qeydlərini etdi. Fransız səyyah və balıqçılar, qiymətli xəz üçün o zamandan on il əvvəl Müqəddəs Lavrenti çayı ağzının yaxınlığında, bu bölgədə ticarət etmişdilər. Kartie, daha sonra Stadakona və ya "Lauertian" insanları olaraq da adlandırılan, Stadakona və Hoçelaqa da daxil olmaqla, bir çox kəndi işğal edən Müqəddəs Lavrenti İrokezləri kimi təsnif olunan bir insanlarla qarşılaşdı. Kartie, Stadakonalılar ilə əvvəlki bir ildə qalalarından birini məhv edən Toudaman olaraq adlandırılan və 200 ölümə yol açan başqa qəbilə arasında davam edən bir döyüşü qeyd etdi. Avropadakı müharibələr və siyasət, Fransanın Müqəddəs Lavrenti Vadisində,1608-ci ildə qurduqları Kvebeki müstəmləkələşdirmə səylərinin 17-ci əsrin əvvəlinə qədər dağılmasına gətirib çıxardı. Fransızlar bölgəyə döndüklərində Stadakona və Hoçelaqanı tərk etdilər, tanımadıqları bir düşmən tərəfindən tamamilə yox edildilər. O tarixdəki siyasi və iqtisadi şərtlərin analizinə əsaslanan bəzi antropoloqlar və tarixçilər, İrokez Konfederasiyasının Mohauk qəbiləsinin, Müqəddəs Lavrenti İrokezlərini yox etdiyini və sıxışdırdığını irəli sürdülər. Fransızlar döndüyündə, bu bölgədə heç kimə rastlamadılar. Təxminən 1603-cü ildə, Samuel də Şampleyn Tadussaka gəldiyi bir vaxtda, Montanyelər, Alqonkinlər və Huronlar dərhal ona və onun kiçik Fransız macərapərəst şirkətinə, öz İrokez düşmənlərinə qarşı hücumda kömək etmək istədilər.1603-cü ildən əvvəl Şampleyn, İrokezlər əleyhinə bir ittifaq qurmuşdu. Fransızların odlu silahları İrokezlərlə ticarət etməyəcəyinə qərar vermişdi. Ticarətin bir məntiqi var idi: Şimal yerliləri, fransızlara qiymətli xəz verirdilər və bugünkü Nyu-Yorkda olan İrokezlər, bu ticarətə müdaxilə edirdilər. 1609-cu ildə İrokezlərlə qəsdən edilən ilk döyüş, Şampleynin təşəbbüsü ilə reallaşdırıldı. Ayrıca bu döyüş, Fransız-İrokez ittifaqlarının şansını zəhərləyən 150 illik bir etibarsızlıq yaratdı. Şampleyn:"Savaşmaqdan başqa niyyətim olmadan gəlmişdim"-deyə, yazdı. Huron və Alqonkin müttəfiqləriylə birlikdə Şampleyn və onun qüvvələri, Şampleyn Gölü sahilindəki Mohauklarla qarşı-qarşıya gəldi.. Şampleyn təkbaşına 3 İrokez şefini öldürdü. 1610-cu ildə Şampleyn və onun silahlı Fransız yoldaşları, Alqonkin və Huronların böyük bir İrokez basqınını məğlub etməsinə köməkçi oldular. 1615-ci ildə Şampleyn, Huronların təşkil etdiyi bir hücuma qatıldı və böyük ehtimal bu hücum, Ontario gölündə (bugünkü Nyu-York əyalətində) Onondaqanın cənubundakı İrokez qəsəbəsində bir mühasirə idi. Hücum nəticə etibarilə müvəffəqiyyətsiz oldu və Şampleyn də yaralandı. Hudzonun 1609-cu ildə, Hollandiya Şərqi İndia Şirkətindəki kəşfindən sonra, o, Albani yaxınlığında, bir il ərzində ticarət postu açdı. Fort Nassauda, Hollandiya 1600 döyüşçü və Mogikan qəbiləsi ailələri ilə əhatə olunurdu. 17-ci əsrin əvvəllərində Böyük Göllərə doğru- qərbdə böyük potensial var idi. 1617-ci ildə, Fort Nassau sel səbəbiylə tərk edilmiş və 1624-cü ildə, Fort Orange tikilmişdi. Fort Orange, Mogikan Kanalı boyunca olan yoldan faydalanmaq üçün səylərini yenilədi və beləcə, Mohauklarla döyüşə başladı. 1626-cı ildə Hollandiyalılar və Mogikanlar, yalnız yay və oxlarla bəzənmiş Mohauklar tərəfindən pusquya salındı. Hollandiyalılar, Mogikanlar ilə olan razılaşmadan çəkildi və Mohauklar ilə atəşkəs etdi. 1628-ci ildə Mohauklar, nəhayət Konnektikut vadisinə qaçan Mogikanları məğlub etdi. Mohauklar, sərbəst ticarət açmaq üçün, əslində Mogikanları məğlub etmək niyyətində deyil, Hollandiyalı ticarəti məhv etmək üçün Mogikanların müdafiəsini yıxmaq istəyirdilər.

Niderland rəqabəti 1610–1614-cü illərdə Hollandiyalılar, müasir Albani yaxınlarında Mohauk bölgəsinin şərq hissəsindəki Kasl Adasında, Hudzon və Delaver çaylarında mövsümlük ticarət postları qurdu. Bu, Avropa bazarlarına İrokezlər (Mohauk vasitəsilə) vasitəsilə birbaşa giriş imkanı verdi. Hollandlar odlu silahları Delaverlər ilə ticarət etmək mövzusunda istəksiz davrandılar. Hollandiya, Mohaukları və digər İrokezləri silahla tədarük etmişdir. Bundan başqa, yeni vəzifə, İrokezlərin heyvan dərilərinə qarşılıq, ala biləcəyi qiymətli hədiyyələri təqdim etdi. Xalqlar arasında yeni məhsullar tələbinə görə, bunu qarşılamaq üçün xəz uğrunda böyük miqyaslı ovlar başladı. Hal-hazırda, Irokezlər ilə Fransızlar tərəfindən dəstəklənən Yerli xalq arasında qarşıdurma sürətlə böyüməyə başladı. İrokezlər, bugünkü Nyu-Yorkun cənubunda- Ontario gölünün cənubunda və Hudzon çayının qərbində yaşayırdı. İrokezlərin əraziləri, böyük bir etnik ərazidən ibarət idi; cənubda, Alqonkin dilində danışan xalqlar, bütün ənənəvi düşmənlər — Ohayo ərazisindəki Şaunilər də onlara qarşı çevrilmişdi. Onların rəqibləri arasında, müvafiq olaraq:- qərbdə, Huron gölünün qərb sahilində və cənub-qərbdə, Suskeannokda yaşayan, İrokezcə danışan Neutrial xalqı və Huron Konfederasiyaları da iştirak etdilər. Bu qövmlər, İrokez dil ailəsinin bir parçası olmağına baxmayaraq, tarixən İrokezlərlə rəqabət içində idilər.

Qunduz Müharibələrinin başlanması 1628-ci ildə Mohauklar, Mogikanları məğlub edib, Hudzon çayının şərqinə doğru sıxışdıraraq, Yeni Hollandiyada Fort Orangedakı(daha sonra Albani, Nyu-York) Hollandiyalılar arasında ticarət qurmuşdur. Eyni dövrdə, Hollandiyalı tacirlər tərəfindən yaxşı silahlanmış Suskeannoklar, Delaverlərin gücünü təsirli bir şəkildə azaltdı və İngilislərin hakim olduğu Merilend Əyaləti ilə uzun müddətli elan olunan bir müharibə qazandı. 1630-cu illərdə İrokezlər, Hollandlarla etdikləri ticarət sayəsində, Avropa silahlarıyla tamamilə silahlanmışdı. İrokezlər, xüsusilə də Mohauklar,-Alqonkinlər, Huronlar və digər ənənəvi düşmənlərlə davam etməkdə olan müharibələrində yaxşı bir təsir yaratmaq üçün, "arkebus"la (Bir tripoda və ya çəngəlli bir dayağa əsaslanan, portativ silahın erkən tipi) artan təcrübələrindən istifadə etdilər. Bu vaxt Fransızlar, odlu silahların öz yerli müttəfiqləriylə ticarətə keçməsini qadağan etdi; ancaq, zaman-zaman xristianlığı qəbul edən şəxslərə bu silahları hədiyyə etdi. İrokezlər ilk dəfə ənənəvi düşmənlərinə (Alqonkinlər, Mogikanlar, Montanyelər və Huronlar) hücum etməsinə baxmayaraq, bu qəbilələrin Fransızlarla ittifaqı, İrokezləri kolonistlərlə şiddətli və qanlı qarşıdurmalara salmışdır. Avropa ilə xəz ticarəti səbəbindən ovun genişlənməsi, bölgədəki qunduzların azalmasını sürətləndirdi. 1640-cı ildə, qunduzlar Hudzon Vadisində böyük nisbətdə itdi. "American Heritage Magazine"in tarixçi redaktorları, 17-ci əsrin ortalarında İrokezlər tərəfindən nəzarət edilən ərazilərdəki qunduzun getdikcə azalmasının müharibələri sürətləndirdiyini ifadə etdi. Xəz ticarətinin mərkəzi, şimala doğru, yəni Fransızların yaxın ticarət ortaqları olan Huron xalqlarının yanında yerləşən Neutrial ulusu tərəfindən nəzarət olunan, müasir Cənubi Ontarionun daha soyuq bölgələrinə keçdi. Bu bölgədə digər xalqlar tərəfindən yerindən edilən və çiçək xəstəliyinə və digər infeksion xəstəliklərlə təhdid olunan İrokezlər, nəzarət sahələrini genişləndirmək üçün, aqressiv bir kampaniya başlatdı.

Münaqişə Qunduzların azalmasıyla birlikdə İrokezlər kiçik qonşularının ərazilərini fəth etməyə başladı. 1638-ci ildə, onlar Venrolara hücum etdilər və onların bütün torpaqlarını ələ keçirdilər. Sağ qalanlar sığınmaq üçün Huronlara qaçdılar. Venrolar, İrokezlər ilə Neutrial qəbiləsi və onların Eri müttəfiqləri arasında, bir tampon vəzifəsi yerinə yetirmişdi. Bu iki qövm, İrokezlərdən daha böyük və daha güclü idilər. Qərbdə genişlənmə əngəlləndiyində, İrokezlər diqqətlərini şimala çevirdi. Hollandiyalılar da bu strategiyada İrokezləri təşviq etdilər. O zaman Hollandiyalılar, İrokezlərin əsas Avropalı ticarət ortaqlarıydı;onların malları Hudzon çayının altındakı ticarət bölgələrindən keçib, oradan da Avropaya göndərilirdi. İrokezlərin xəz qaynaqları azaldıqca, ticarətin gəlirləri də düşdü. 1641-ci ildə Mohauklar, fransızlar və müttəfiq qəbilələri ilə sülh təklifi üçün, Yeni Fransadakı Trua-Rivierə getdi. Fransızlardan İrokez ərazisində də bir ticarət qurmalarını istədilər. Qubernator Montmanye bu təklifi rədd etdi, çünki, o, Huron müttəfiqlərinin narazılığı ilə qarşılaşa bilərdi. 1640-cı illərin əvvəllərində, müharibə, Müqəddəs Lavrenti çayı boyunca, Huron sərhəd kəndlərinə edilən Irokez hücumlarıyla ciddi bir şəkildə başladı. Onların niyyətləri huronların Fransızlarla olan ticarətinin pozmaq idi. 1645-ci ildə Fransızlar, qövmləri qarşıdurmanı sona çatdırmaq üçün, razılıq üzrə bir araya gətirdi. İki Irokez lideri olan Deqanaveida və Kuaseaton, danışıqlara qatılmaq üçün Yeni Fransaya getdi. Fransızlar, İrokezlərin tələblərinin çoxunu qəbul etdilər və Yeni Fransada ticarət haqqlarından yararlandılar. Qarşıdakı yaz, Yeni Fransada satılmaq üzrə böyük bir xəz daşıyan səksən kanoe, Irokez bölgəsindən keçdi. İrokezlər gəldiyində, Fransızlar xəzi satın almağı rədd etdi və İrokezlərə, vasitəçi olacaq Huronlara satmalarını söylədi. Hövsələdən çıxaraq, İrokezlər müharibəni davam etdirdi. Fransızlar qarşıdurmaya birbaşa daxil olmağa qərar verdilər. 1647-ci ildə, Huronlar və Suskeannoklar İrokez təcavüzkarlığına qarşı bir ittifaq qurdular. Onların birlikdə döyüşçüləri İrokezlərdən daha çox idi. Huronlar, İrokez Konfederasiyasının Onondaqa və Kayuqa qəbilələri ilə ayrı-ayrı müzakirələr edərək, konfederasiyanı qırmağa çalışdı.1647-ci ilin yazında qəbilələr arasında bir neçə kiçik qarşıdurma yaşandı.