Nəmidə Abbasova (tam adı: Nəmidə Kabı qızı Abbasova d.12 oktyabr 1925, Azərbaycan, Qazax – ö.6 mart 1996, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1974), professor (1976), Azərbaycan Dövlət Pedaqoji İnstitunda ibtidai təhsil pedaqogikası və metodikası fakültəsinin dekanı (1971–1976), "Respublikanın əməkdar ali məktəb işçisi".
Həyatı Nəmidə Abbasova 1925-ci il oktyabr ayının 12-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1950-ci ildə dilçilik ixtisası üzrə ali təhsil almışdır. 1950–1953-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Pedaqoji Univeristet) aspirant olmuşdur. Daha sonra dissertasiya müdafiə edərək filologiya elmləri namizədi və doktoru elmi adları almışdır.
1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Fəaliyyəti 1954–1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1970-ci ildən kafedranın dosenti, 1971–1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda ibtidai təhsil pedaqogikası və metodikası fakültəsinin dekanı, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, 1976–1981-ci illərdə Pedaqoji İnstitutda dilçilik kafedrasının, 1981–1996-cı illərdə illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru olmuşdur.
120-dən çox elmi məqalənin, "Cəfər Cabbarlı dramaturgiyasında söz" adlı monoqrafiyanın müəllifidir. "Respublikanın əməkdar ali məktəb işçisi" adı verilmişdir.
Tədqiqatları Tədqiqatları əsasən Azərbaycan dilinin qrammatikası və leksikasına həsr olunmuşdur.
Əsərləri Qrammatik formaların variantl ığı və nitq mədəniyyəti. B., 1985.
Həmçinin bax Xatirə Bəşirli Qorxmaz Quliyev
Xarici keçidlər ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən ADPU-nun İbtidai təhsil fakültəsi
İstinadlar
Mənbə Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.
Kateqoriya:1925-ci ildə doğulanlar Kateqoriya:12 oktyabrda doğulanlar Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Qazaxda doğulanlar