1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı olaraq Monte-Karloda 3 iyun 1984-cü ildə keçirilmiş avtoyarış.
Tarixi 1981-ci ildən McLaren komandası Ron Dennis planı üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron həm də komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsonu yarışdan uzaqlaşdırmışdı. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi. İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu.
Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı. Əkrəm gənc oğlu Mənsurun adına komandanın səhmlərini alaraq onu komandaya həmsahib etmişdi. Əkrəmin komandada rolu bununla sonlanmadı. Əkrəmin başçılıq etdiyi TAG (Techniques d’Avant Garde) şirkəti Frank Uilyamsın yenidən qurduğu Williams komandasına sponsorluq edirdi. Ron isə Əkrəmi başqa bir sahəyə cəlb edə bildi. Porsche-nin motor mütəxəssislərinə yeni maşın üçün motor hazırlanması sifariş edildi. V-şəkilli 6 silindrli turbo motor çox yığcam və güclü olmaqla, həm də çox etibarlı alındı.
"Xəyalların komandası" həmin mövsümü çox güclü keçirdi. Mövsümün 16 yarışında qazanılmış 12 qələbə komandanı 10 il əvvəlki səviyyəyə qaytardı. Mövsümün əvvəli fransalı sürücü üçün uğurlu oldu amma mövsümün sonu avstriyalı veteran sürücü üçün məhsuldar alındı. Yekunda isə Formula1 tarixinin rekordu müəyyən oldu. Titul uğrunda mübarizədə ən minimal xal fərqi ilə cəmi yarım xal oldu. Və bu yarım xalı mövsümdə Monako Qran Prisi təyin etmişdi.
Monako Qran Prisinin digər xallarını isə Ferrari-dən Rene Arnu, Williams-dan Keke Rosberq və Lotus-dan Elio de Ancelis qazandılar. Amma bir neçə ay sonra Ken Tirrellin komandası çempionatdan qovuldu və bundan sonrada Detroytda Martin Brandl ikincilik qazandı. Stüardlar Tyrrell 012-ni təftiş etdilər və motorun yanında gizli rezervuar tapdılar. Bu səbəbdən komandanın sürücülərinin bütün yarışları və nəticələri ləğv olundu. Bununla da Monako Qran Prisində 6-cı yerə Ferrari-nin yeni sürücüsü Mikele Alboreto yüksəldi.
Yarışda qələbəyə görə Alen Prostun aktivinə cəmi 4.5 xal yazıldı. Əgər yarış davam etsəydi, Prost ikinci yerə görə 6 xal qazanardı.
Yarışın icmalı Leysan yağış səbəbindən yarışın başlaması təxirə salınmışdı. Sonradan 77 dövrə planlaşdırılan yarış 31-ci dövrədə başa çatdı. Yarışın belə erkən dayandırılması Ayrton Sennanı debüt mövsümündə ilk qələbəsini qazanmaq şansından məhrum etdi. Yarış marşallarının qərarı çox söz-söhbətə səbəb oldu.
Yarışın təsnifatı
Təsnifat mərhələsi
Yer Nömrə Sürücü Konstruktor Vaxt Fərq 1 7 Alen Prost McLaren-Renault 1:22.661 2 12 Naycel Mensell Lotus — Renault 1:22.752 +0.091 3 28 Rene Arnu Ferrari 1:22.935 +0.274 4 27 Mikele Alboreto Ferrari 1:22.937 +0.276 5 16 Derek Uorik Renault 1:23.237 +0.576 6 15 Patrik Tambe Renault 1:23.414 +0.753 7 26 Andrea De Çezaris Renault 1:23.578 +0.917 8 8 Niki Lauda McLaren 1:23.886 +1.225 9 1 Nelson Pike Brebem 1:23.918 +1.257 10 6 Keke Rosberq Vilyams 1:24.151 +1.490 11 11 Elio de Ancelis Lotus-Renault 1:24.426 +1.765 12 14 Manfred Vinkelxok BMW 1:24.473 +1.812 13 19 Ayrton Senna Toulmen 1:25.009 +2.348 14 22 Rikkardo Patreze Alfa Romeo 1:25.101 +2.440 15 2 Korrado Fabi Brebem 1:25.290 +2.629 16 5 Jak Laffit Vilyams 1:25.719 +3.058 17 25 François Hesnault Ligier-Renault 1:25.815 +3.154 18 20 Johnny Cecotto Toleman-Hart 1:25.872 +3.211 19 24 Piercarlo Ghinzani Osella-Alfa Romeo 1:25.877 +3.216 20 4 Stefan Bellof Tyrrell-Ford 1:26.117 +3.456 DNQ 17 Marc Surer Arrows-Ford 1:26.273 +3.612 DNQ 3 Martin Brundle Tyrrell-Ford 1:26.373 +3.712 DNQ 23 Eddie Cheever Alfa Romeo 1:26.471 +3.810 DNQ 18 Thierry Boutsen Arrows-BMW 1:26.514 +3.853 DNQ 10 Jonathan Palmer RAM-Hart 1:27.458 +4.797 DNQ 21 Mauro Baldi Spirit-Hart 1:28.360 +5.699 DNQ 9 Philippe Alliot RAM-Hart 1:29.576 +6.915
Həmçinin bax Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilərin sıyahısı Avropa Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı
İstinadlar
Kateqoriya:Formula 1 Qran-priləri
Xarici keçidlər Əfsanəvi pilotun ölümündən 20 il ötdü Ən gözəl qələbələr