İlk (qədim) quşlar (Saurornithes) — sürünənlərlə quşların əlamətlərini birləşdirən primitiv quşlar yarımsinfi. Çoxfəqərəli (20–21) uzun quyruğun hər iki tərəfində iki sıra sükan lələkləri yerləşirdi. Sümükləri boşluqsuz idi. Dimdik əvəzinə dişli çənələri vardı. Uçmaq qabiliyyətləri məhdud olmuşdur. Qısa qanadları caynaqlı üç barmaqla tamamlanırdı. Yeganə nümayəndəsi Archeopteryx-in qalıqları Bavariyanın üst yura litoqrafik şistlərində tapılmışdır.

Həmçinin bax Quşlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679

Kateqoriya:Geologiya terminləri Kateqoriya:Şimali Amerikanın dinozavrları Kateqoriya:Təbaşir dövrü dinozavrları