İnteqral milliyyətçilik — XIX əsr Fransasında yaranan, Şarl Morras tərəfindən nəzəriyyələşdirilmiş və əsasən "Fransa Hərəkatı" təşkilatına aid ultra-royalist dairələrində tətbiq edilmiş bir millətçilik növü.David Brown, Contemporary Nationalism, Routledge, 2003, p. 68.More recently, Peter Alter discussed integral nationalism in his book Nationalismus (1985).Integral nationalism is one of five types of nationalism defined by Carlton Hayes in his 1928 book The Historical Evolution of Modern Nationalism. İnteqral millətçilik iradəni iradəni təfəkjürdən üstün sayır, bundan başqa bütün fərdi, sinif və humanitar maraqların millətə tabe olduğunu bildirir və milləti ən yüksək mütləq dəyər kimi qəbul edir. Bu doktrina həmçinin Morrasizm adlanır.
Təməli
Milli tənəzzül və dekadans İnteqral millətçilik əks-inqilabi bir doktrina kimi təqdim edilirdi və və Fransa dövlətinin ərazi birliyini və əzəmətini təmin edə biləcək milli bir doktrina kimi qəbul olunurdu. Onun dünyagörüşü bir neçə prinsipə əsaslanırdı. Birincisi, metod: "Siyasət birincidir!" prinsipi, yəni millətçi və siyasi katolik və monarxist hərəkatlar radikal respublikaçılığın qələbəsini qəbul edib fəaliyyətlərini sosial və ya mədəni məqsədlərə yönəltmək əvəzinə, səylərini siyasi və konstitusiya quruluşunu dəyişdirməyə yönəltməlidirlər. İkincisi, ümumilikdə maarifçiliyin və xüsusən də Fransa inqilabının ənənəvi sosial müqaviləni pozduğuna inam: Morras mədəni və siyasi milli dövlətə sədaqət göstərməklə, ailə, lokalizm və monarxiya kimi daha "orqanik" vahidlərə əsaslanan köhnə vətənpərvərliyin silindiyini iddia edirdi. Nəhayət, mənəvi bir komponent: Morras iyirminci əsrin əvvəllərində Fransa cəmiyyətini Qızıl dövrdən sonra 1870-71-ci illərdəki hərbi məğlubiyyət və Dreyfus işi kimi mədəni toqquşması ilə təcəssüm olunan tənəzzül və korrupsiya dövrünə sürükləmiş kimi qiymətləndirirdi.
Onun fikrincə, Fransa milli icması geosiyasi əzəmət dövrünü XIV Lüdovikin mütləqiyyətçi rejimi dövründə yaşamışdı. Bu rejimdə din və siyasət monarxın mütləq hakimiyyəti altında birləşdirilmişdir. Morras Fransanın milli tənəzzülünü "köhnə rejim"in mədəni və siyasi sisteminin devrilməsi, onun Böyük Fransa inqilabından sonra yaranan inqilabi və romantik liberalizm forması (radikalizm kimi tanınır) ilə əvəz olunması və 1789-cu ildən sonrakı siyasi və konstitusiya münaqişələri əsri ilə əlaqələndirirdi. Beləliklə, Morras belə ideyaların siyasi mühitə yalnız masonlar, protestantlar, yəhudilər və əcnəbilərdən (onları "metiklər" adlandırırdı) kimi kənar təsirlərin köməyi ilə ərsəyə gəldiyini təsəvvür edirdi. Bu dörd icma birlikdə, Morras üçün "Fransa əleyhinə" idi və heç vaxt Fransa millətinə inteqrasiya oluna bilməzdi.
İstinadlar
Kateqoriya:Milliyyətçilik Kateqoriya:Siyasi nəzəriyyələr Kateqoriya:İnteqralizm Kateqoriya:Avtoritarizm