180px|right|thumb|Svastika Uzaq Şərq, Orta və Cənubi Amerika başqa olmaqla dünyada çox mədəniyyətə aid olan bir simvoldur. Azərbaycanda və Türkiyədə də izlərinə rast gəlinən bu simvolun Qərbdə tanınması Alman Nasional Sosialistlərinin adları ilə bağlıdır. Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi.Deutschland erwache! (Almaniya uyan!, 1923)

İstifadə olunan digər Nasist simvolları: Qamalı xaç olan qartal motivi, Nasional Sosialist Alman Fəhlə Partiyasının rəsmi simvolu Dəmir xaç Mühafizə dəstəsinin (SS) simvolu olan yan-yana gəlmiş "S" hərfi (runik "SS") Qara SS forması Qəhvə rəngi Hücum dəstəsi (SA) forması

Nasist bayrağı Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. Birinci Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir:Adolf Hitler, Mənim mübarizəm əsəri

Runik hərflər Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mövzuyla əlaqəli nümunələrdən biridir. Nasist afişalarında, yazılarında istifadə olunan S runu Guido fon Listin "Sig" fiqurudur.Horst-Wessel-Lied

Qalereya

İstinadlar

Kateqoriya:Faşizm Kateqoriya:Simvollar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Nasist simvolikası