Şahmuraz Qasımov () — azərbaycanlı samboçu. Avropa (1996) və dünya (1997) çempionu.
Həyatı 1971-ci ilin aprel ayının 8-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustasıdır. Avropa (1996) və dünya (1997) çempionudur. O, Avropa çempionatı yarışlarında 1992, 1993, 1995-ci illərdə III, 1997-1999-cu illərdə II yerə, dünya çempionatlarında isə 1992-1993-cü illərdə III, 1994-1995-ci illərdə II, 1996-cı ildə isə III yerə çıxmışdır.
İstinadlar
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan samboçuları Kateqoriya:Sambo üzrə Avropa çempionları Kateqoriya:Sambo üzrə dünya çempionları Kateqoriya:SSRİ samboçuları