Cambo (, d. təxm. 1860, Eritreya; ö. 15 sentyabr, Kanada, Sent-Tomas, Ontario) — Afrika savanna fili ().(); Cambo bütün dünyada böyük məşhurluq əldə etmiş, tarixdə birinci zoopark və sirk heyvanıdır. 1862-ci ildə Paris Bitki Bağının yaxınlığındakı heyvanxanaya gətirildi. 1865-ci ildən isə London zooparkında saxlanılırdı və 1882-ci ildən amerikalı antreprener və şoumen Fineas Teylor Barnumun sirkinə satıldı. Cambo dəmiryolunda bədbəxt qəza nəticəsində ölüb. XIX əsrin sonundan günümüzə kimi Tafts Universitetinin talismanıdır (ABŞ).

Bioqrafiya XIX əsrə kimi çox nadir hallarda afrika mənşəli fillərə rast gəlinirdi; Orta əsrlər dövründən Avropanın yazılı mənbələri Cambonun cəmi 3 sələfi haqqında qeyd edib. XII əsrdə Tauer heyvanxanasında Fransa kralı IX Lüdovik tərəfindən Anqliya kralı III Henrixə 1255-ci ildə hədiyyə olunmuş Afrika savanna fili saxlanılırdı. XV əsrin illüstrasiyaları arasında alman rəssamı Martin Şonquerin məşhur fil qravyürasında (təxm. 1485-ci il), o cümlədən Portuqaliya kralı II Juan tərəfindən Müqəddəs Roma imperatoru III Fridrixə göndərilmiş Afrika filinin təsvirinə rast gəlinir. 1668-ci ildə Fransa kralı XIV Lüdovik də Portuqaliyadan hədiyyə olaraq Afrika savanna fili aldı..

1862-ci ilin fevral ayında Abissində, Settite çayının sahilində (indiki Eritriya ərazisi) bavariyalı kolleksiyaçı İohann Şmidt tərəfindən muzdlu tutulan, Xarman tayfasından olan ərəb ovçuları tərəfindən təxminən 1 metr hündürlüyündə olan biryaşlı Afrika savanna fili tutulmuşdur. Eyni ildə Şmidt fil balasını Austerlis vağzalının yanında Paris Bitki Bağının yaxınlığındakı heyvanxanaya satdı. 1865-ci il iyun ayının 26-da London zooparkından bir yexidna və fil balası kərgədan ilə dəyişdirildi və Londona aparıldı. Londona köçmək bağın keçmiş sakinlərini qaçılmaz zorakı ölümdən xilas etdi. Fransa–Prussiya müharibəsi (1870–1871) gedişində Almaniyanın Parisi mühasirəyə aldığı vaxt ac parislilər heyvanxanada saxlanılan bütün heyvanları öldürüb yemişdilər..

London 150px|thumb|left|Eybraham Di Barlett, təxm. 1871-ci il London zooparkının direktoru tanınmış britaniyalı zooloq və taksidermist Eybraham Di Barlett zooparkın yeni sakininə Cambo adını verdi. Ehtimal ki, Suasili dilində Cambo "salam" ya da Cumbe "rəhbər" deməkdir. Cambo növbəti 16 il ərzində əvvəlki kimi ictimaiyytin sevimlisi olan begemot Obayşla bərabər zooparkın başlıca attraksionuna çevrildi; azyaşlı ziyarətçiləri həvəslə belində gəzdirirdi. Cambonu həyatının London dövründə bir milyondan çox uşaq, o cümlədən gənc Vinston Çörçill, Teodor Ruzvelt, Köhnə və Yeni dünyanın məşhur ailələrinin digər nəsilləri ziyarət edib. Zooparkda tez-tez olmuş kraliça Viktoriya kral ailəsinin sevimlisini çörəyə qonaq etmək fürsətini əldən vermirdi. Çoxsaylı məqalə, xronika, şəkil və karikaturalarda filin obrazının aktiv olaraq tirajını yayımlayan mətbuatın diqqəti sayəsində 1870-ci illərin sonuna doğru Cambonun məşhurluğu dünya miqyasına çatdı.

1870-ci illər ərzində Cambonun ölçüləri daima artırdı; 1880-ci illər onun boyu 3,25 metr, çəkisi isə 6 tona çatdı. İkimetrlik xortumu arxa ayaqları üstdə qalmış filə yerdən 7 metr hündürlükdə olan əşyalara çatmağa imkan verirdi. Cambonun gündəlik rasionu 200 funt (təxm. 90 kq) ot, 2 buşel (təxm. 70 l) yulaf, 2 kvart (təxm. 2 l) soğan, 1 çəllək kartof və 10–15 buxanka çörək təşkil edirdi. Bundan başqa, həyatının sonuna kimi fildən ayrılmayan baxıcı Metyu Skott zaman-zaman öz sevimli heyvanını güclü pivə və ya 1 butulka viskiyə qonaq edirdi. Skott əmin idi ki, alkoqol ona "boy sürətləndiricisi" və "sağlamlıq eliksri" kimi təsir göstərərək yalnız fayda verirdi.

250px|thumb|right|"Cambo-Uşaqların dostu". Açıqca. Böyük Britaniya, təxm. 1880-ci il 1880-ci ildə Camboda fil quduzluğu tutmaları başladı başladı – must; xəstəlik tam öyrənilməmişdi, hətta ən sakit və mehriban, yetkinliyə çatmış erkək filləri belə aqressiv eləyirdi. Must periodlarında qəzəblənmiş fil saatlarla qəfəsinin dəmir barmaqlı qapısına hücum edirdi. Bu zaman qonşuluqda saxlanılan Afrika fili Alisa Camboda heç bir maraq oyatmırdı. London Zoologiya Cəmiyyətinin katibi Filip Skleytorun etirafına görə, cəmiyyət ictimai zooparkda saxlanılması çox təhlükəli olduğu üçün 1880-ci ilin əvvəlindən fili öldürməyin zəruruiliyi haqqında məsələni dəfələrlə müzakirə etmişdi.

1882-ci ilin yanvar ayında amerikalı antreprener və şoumen, "Dünyanın ən böyük şousu" sirkinin sahibi Fineas Teylor Barnum London Zoologiya Cəmiyyətinə Cambonu ona 10 min ABŞ dollarına satmağı təklif etdi. Bundan əvvəl Barnumun bir sıra uğursuz cəhdləri olmuşdu. Belə ki, o, Vilyam Şekspirin doğulduğu evi, madam Tüssonun mumdan hazırlanmış fiqurlarının kolleksiyasını, həmçinin Nyusted abbatlığında 10 yaşlı Corc Bayron tərəfindən əkilmiş palıd ağacını alıb, Amerikaya aparmaq istəyi ilə bağlı bir sıra uğursuz cəhdlər etmişdi. London Zoologiya Cəmiyyətinin rəhbərliyinin xüsusi iclasında səs çoxluğu ilə qəbul edilən saziş Böyük Britaniyada kütləvi qəzəbin partlamasına səbəb oldu. Minlərlə ingilis məktəbliləri kraliça Viktoriya və baş nazir Vilyam Qladstona filin satışına qadağa qoymaq xahişi ilə müraciət etdi. Viktoriya, Uels şahzadəsi, məşhur incəsənət nəzəriyyəçisi Con Raskin cəmiyyətin rəhbərliyinə ölkənin aparıcı zooloqlarının ticarət fəaliyyətindən qaynaqlanan "ifrat təəccüb" ifadəsi ilə açıq məktub göndərdi. Kraliça müqavilənin ləğv edilməsi halında Barnuma çatmalı olan pulu şəxsən ödəməyi boynuna götürdü.

Cambonun satışından qaynaqlanan ajiotaj dalğasında Britaniyanın paytaxtını "cambomaniya" bürümüşdü, birbaşa və yaxud dolayısı ilə filin adı ilə bağlı olan əşyalara və adlara moda başladı. Fil dəri rəngli ipək parça mövsümün sensasiyası oldu. Artan tələbat ilə eyni adlı fasonun şlyapa, palto, qalstuk və yelpikləri istifadə edilirdi. Restoranlarda "Cambo" supu və "Cambo" pörtlədilmiş ətindən olan yeməyi verirdilər. Rekord tirajlarla filə həsr olunmuş kitablar, kitabçalar, kalendarlar və mahnı kitabçaları satılırdı. "Panç" jurnalı karikatura dərc etdi və bu ona çağırış idi ki, Barnum özü ilə Amerikaya Cambo əvəzinə, karikaturada qaban şəklində təsvir edilmiş məşhur ingilis siyasətçi-antikleri və Milli Dünyəvi Cəmiyyətin banisi Çarlz Bredlounu aparsın. "London Fun" jurnalı Britaniya gerbindəki şiri fil ilə, həmçinin Allah və mənim hüququm () şüarını Allah və mənim Cambom () şüarı ilə əvəz etməyi təklif etdi.

Milli Britaniya sərvətinin okeanın o tayına satışından narazı qalan nüfuzlu, ictimai və siyasi fiqurların dəstəyi ilə silahlanmış London Zoologiya Cəmiyyətinin üzvləri Berkli Hill () və baronet Corc Boyer () London Zoologiya Cəmiyyətinin rəhbərliyinə qarşı Britaniya qanununun tələbinə görə, filin satışı ilə bağlı uyğunsuzluğu aşkar etmək üçün məhkəmə iddiası irəli sürdülər. Məhkəmə 1882-ci ilin martın 9-da baş tutdu, sazişdə qeyri-qanuni heç nə tapılmadı.

1882-ci il martın 24-də fil və onun baxıcısı "Asuri monarxı" gəmisində Nyu-Yorka yola düşdülər. Yola düşmə müqavilədə razılaşdırılmış vaxtdan daha gec baş tutdu. Cambo onun yüklənməsini gözləyən yükdaşıyan atların görünüşündən, qeyri-adi səs-küy və qaçaqaçdan qorxaraq qəti surətdə zooparkı tərk etməkdən imtina etdi, ancaq Skott və Vilyamın Nyumenin () — Barnum sirkində ən yaxşı heyvan təlimçisi — birgə cəhdləri ilə fili onun daşınması üçün hazırlanmış taxta konteynera aldadıb cəlb etmək mümkün oldu. (Sonradan məlum oldu ki, filin tərsliyinə əlavə səbəb Skottun ətrafdakılar üçün görünməyən əmrləri idi. Belə ki, Skott varlı ailələrdən gələn bəxşişlərdən və zooparkın personalı arasında imtiyazlı mövqeyindən ayrılmaq istəmirdi və o, bunu Cambonun vasitəsilə əldə edirdi. Barnum cəld fırıldağı aşkara çıxartmış, Skottu müəssisənin elmi və işgüzar nüfuzuna zərər vuran sabotaja görə işdən azad etməklə hədələmişdi). Cambonun inadkarlığı onun Britaniya torpaqlarında son saatlarını keçirdiyini müşahidə edən jurnalistlərə imkan verdi ki, onlar öz oxucularına ingilis ailəsinin sevimlisinin göstərdiyi nümunəvi ingilis patriotizmi haqqında məlumat versin.

Amerika 160px|thumb|left|1885-ci il Fineas Teylor Barnum 1882-ci il aprelin 9-da filin Nyu-Yorka gəlişi səbəbi ilə böyük sirk paradı təşkil edildi; Cambonu konteynerlə küçə boyunca xüsusi platformanın üzərində on altı ata qoşulan və digər iki fil tərəfindən hərəkətə gətirilən, üç nəfəsli orkestrin müşayiəti altında "Medison-skver-qarden" cıdır meydanından Brodveyə kimi təntənəli yürüşlə aparırdılar.

Cambonun gəlişi üçün buraxılmış çoxsaylı afişa və reklam vərəqlərində filə qəsdən fantastik ölçülər verilmişdi: "onun xortumu böyük timsah ölçüsündədir, quyruğu isə inək ayağı boydadır və qumun üstündə qoyduğu ayaq izləri çox hündür binadan yıxılmış kök insandan yaranan əziyə bənzədilir". Barnum qəzet səs-küyünü qızışdırıb şayiələr buraxdı ki, guya, fil gedən ərəfədə keçmiş sahibləri onu zəhərli bulkalar yedizdirməyə cəhd ediblər, güman edərək ki, Cambo vulqar yankilərin köləsi olmaqdansa, ölməyi üstün tutur.

250px|thumb|right|Cambonun Londondan Nyu-Yorka gətirilməsi şərəfinə Brodveydə parad. İllüstrasiyası jurnalı, ABŞ, aprel 1882-ci il Cambonun Londondan Nyu-Yorka gətirilməsi Barnuma 20 min dollara başa gəldi — bir filin alınmasından iki dəfə baha. 1888-ci ilə qədər rəsmi olaraq "Britaniyanın Kral Sanqer Zooparkının və Böyük Beynəlxalq Şounun birgə iştirakı ilə F. T. Barnumun Yer kürəsindəki və Böyük London Sirkindəki ən böyük şousu"() adlandırılan sirk truppasının çoxmiqyaslı turneləri xeyli vəsait aparırdı və qastrol mövsümünün sonuna qədər sirkin nəqliyyat xərcləri Amerika dollarında 5 ədədli rəqəm təşkil edirdi. Bununla belə, Barnumun xərcləri tezliklə ödənildi; Cambonun "Medison-skver-qarden" da dörd günlük pullu nümayişi onun tamamilə alış və daşınma xərclərinin hamısını ödədi. Cambonun iştirakı ilə bağlı tamaşa sirkə ilk 10 gün 30 min dollar, ilk 1 il isə 1,7 milyon dollardan 1,5 milyon dollara kimi gəlir gətirdi. 1882–1885-ci illərdə sirkin tamaşalarında ABŞ və Kanadada təxminən 16 milyon böyük tamaşaçı və 4 milyon uşaq tamaşaçı iştirak edib.

Cambonun peyda olmasından qabaq aparıcının ənənəvi anonsu gəlirdi: "Qüdrətli irqin nəhəng monarxı, dünyada ən böyük və ən məşhur heyvan, öz belində kraliça Viktoriyanı, kral ailəsini və milyondan çox uşağı gəzdirən , London Kral Zooloji Parkından birbaşa gələn − CAMBO!". Barnumun ideyasına əsasən, nəhəng fil manejə cırtdan filin müşayiəti ilə çıxırdı, bu da Cambonun nəhəng ölçülərini xüsusi olaraq nəzərə çarpdırırdı. Növbəti tamaşanın gedişində cırtdan fil iki sirk klounları ilə birlikdə reprizi ifa edirdilər; guya, hiylə edərək onlardan spirtli şüşəni oğurlayır və sərxoş olanacan içir. Digər fillər qabaq ayaqları üzərində duruş nümayiş etdirirdilər, yelləncəklərdə yellənirdilər və çəlləklərin üzərində müvazinətlərini saxlayırdılar. Sirk oyunlarını (Afrika filləri Asiya fillərindən fərqli olaraq, təlimə tabe olmurlar) göstərə bilməyən Cambo ağır-ağır dairə boyu gəzirdi və ya tamaşaçıların xatirələrinə görə, bir az darıxan görünüş ilə şouya baxa-baxa kənarda dayanırdı.

Böyük Britaniyadakı kimi, Cambo obrazı amerikalı sahibkarlar tərəfindən aktiv şəkildə istismar edilirdi. Siqaretlər, toxuma mətbəx əlcəkləri və böyük tikiş maşını filin adı ilə adlandırılmışdı. Üzərində Cambonun təsviri olan vərəqləri, sapları, sabunu, diş tozu və şirniyyat bişirmək üçün firma sodasını reklam edirdilər.

Cambo 1884-cü il mayın 17-si Nyu-York hakimiyyəti tərəfindən təşkil edilmiş ictimai nümayişdə Bruklin körpüsünün bərkliliyini yoxlamaq üçün iştirak etdi və Barnum sirkindən olan 20 digər fil ilə birlikdə körpüdən keçdi.

Ölümü 250px|thumb|right|Sent-Tomas stansiyasında Cambonun paravozla toqquşması (Kanada, Ontario, 15 sentyabr 1885)