Suyun forması ( — ) — Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən fentezi filmi.

"Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Salli Hokins, Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb.

Məzmun Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır.

Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir. Elayza və Zelda təsadüfən öyrənirlər ki bu gizli obyekt Amazon çayından tutulmuş amfibiya-adamdır. Amazon hindu qəbilələri ona tanrı kimi səcdə edirlərmiş. "Obyekt" üzərində tədqiqat aparan alimlər bu qorxunc, əcaib məxluqla heç bir ünsiyyət qura bilmirlər. Laboratoriyanın təhlükəsizlik üzrə rəhbəri polkovnik Riçard Striklend işlərin gedişatından bərk narazıdır və əcaib məxluqa işgəncələr verməkdə israrlıdır. Bu işgəncələrin nəticəsi olaraq polkovnik əl barmaqlarını itirməli olur. Belə ki, əcaib məxluq öz qollarının üzərində olan iti üzgəcləri ilə barmaqları kəsib qoparır. Elayza üzülmüş barmaqları tapır və onları polkovnikin əlinə, öz yerinə tikirlər (replantasiya edirlər). Amfibiya adamın saxlanıldığı laboratoriyanın təmizlik işlərinə baxan xadimə Elayza ilk dəfə bu əcaib məxluqa rast gəlir və onunla qeyri-adi bir formada, lal-kar işarələrinin, jest və mimikaların köməyi ilə ünsiyyət qura bilir. Elayza hər nahar fasiləsində öz yeməyini bu əcaib məxluqla bölüşür. Bu ünsiyyətdən laboratoriyada çalışan alim Robert Hoffstetler xəbərdar olur. Əsl adı Dmitri Mosenkov olan alim Robert Hoffstetler əslində sovet agentidir. O, amfibiya adam ilə Elayza arasındakı bu mülayim ünsiyyəti gizlincə müşahidə etməkdə davam edir. Bu olanlardan xəbər tutan general Frenk Hoyt əcaib məxluqun quruluşunu və daxili orqanlarını təftiş üçün yarılmasına qərar verir. Bundan xəbər tutan Elayza əcaib canlını xilas etmək üçün Cayls və rəfiqəsi Zeldanı çətinliklə razı sala bilir. Bu işdə onlara alim Robert Hoffstetler də qoşulur. Cayls yük maşınında saxta hazırladığı sənəd və vəsiqələrlə laboratoriyanın ərazisinə daxil olmağa müvəffəq olur. Zelda və Elayza əcaib məxluqu akvariumdan çıxararaq, yaş əskilərlə üstünü örtüb yük maşınının gözlədiyi qaraja çatdırırlar. Məxluq bir müddət Elayzanın mənzilində, vanna otağındakı vannada gizlədilir. Onlar yağışdan sonra kanal sularının okeana buraxılacağı günü gözləyirlər ki, bu kanal vasitəsilə amfibiya adamı okeana yola salsınlar. Bu arada Hoyt 36 saat ərzində məxluqun tapılmasına əmr verir. Hoyt sovet agenti olan Mosenkovu izləyir və onu görüşdüyü agentlə yaxalayır. Mosenkova işgəncə verib məxluqun yerini öyrənmək istəyir və onu öldürür. Sonra Hoyt Zeldanın mənzilində peyda olur. Təsadüfən Zeldanın birlikdə yaşadığı şəxs onları ələ vermiş olur. Elayzanın mənzilində Striklendin əlinə keçən təqvim vasitəsilə amfibiya adamın azadlığa buraxılacaq yer və zamanı təyin edir. Müəyyən edilmiş yerə yetişən Striklend Caylzı vuraraq huşsuz hala gətirir və Elayza ilə amfibiya adamı güllələyir. Lakin özünə gələn əcaib məxluq Striklandı öldürür və öz qeyri-adi gücü ilə Elayzı sağaldır və o da məxluq kimi qəlsəmələrlə nəfəs almağa başlayır.

Filmin epiloqunda Caylzın dediyi kimi sonradan onlar birlikdə xoşbəxt həyat sürürlər. thumb|Elayza Espozita rolunun ifaçısı salli Hokins

Personajlar PersonajlarAktyorlarElayza Espozito — gizli laboratoriyada işləyən lal xadiməSalli Hokinspolkovnik Riçard StriklendMaykl ŞennonCayls — rəssam, Elayza Espozitonun qonşusu Riçard CenkinsZelda Dalila Fuller — Elayza Espozitonun iş yoldaşı və rəfiqəsiOktavia SpenserAmfibiya Adam — qeyri adi əcaib su məxluquDaq ConsRobert Hoffstetler/Dmitri Mosenkov — alim/sovet casusuMaykl StulbarqEleyn Striklend — Riçard Striklendın arvadıLoren Li Smitgeneral Frenk HoytNik SirsiFleminqDevit Hyülett

Plagiat iddiası Amerikalı yazıçı Pol Zindel 1969-cu ildə qələmə almış olduğu "İzin ver pıçıltını eşidim" () pyesi ilə eyni süjetə malik olduğuna görə Devid Zindel (yazıçının oğlu) Fox Searchlight Pictures kinostudiyasını ittiham etmişdir:.

Bizi şoka salan odur ki, iri bir kinostudiya utanmadan mənim atamın motivləri əsasında onun adını qeyd etmədən və bizə müəllif hüququna görə müraciət belə etmədən film lentə almışdır. — Devid Zindel

Mükafatlar Qızıl Şir Qızıl qlobus mükafatı Oskar mükafatı (2017)

İstinadlar

Kateqoriya:ABŞ-nin qaranlıq fentezi filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:2017-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:TSG Entertainment filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-də irqçilik haqqında filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:Gilyermo del Toronun filmləri Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Aleksandr Desplatın film musiqiləri Kateqoriya:Fox Searchlight Pictures filmləri Kateqoriya:2010-cu illərin bədheybət filmləri Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:Filmlərdə magik realizm Kateqoriya:Torontoda çəkilmiş filmlər Kateqoriya:Qərəz haqqında filmlər Kateqoriya:Amerikan jest dilində filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Karlar haqqında filmlər